Icma.az
close
up
RU
Vəkil jurnalisti niyə həbs etdirdi? DETALLAR KONKRET

Vəkil jurnalisti niyə həbs etdirdi? DETALLAR KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Suraxanı Rayon Məhkəməsində vəkil Nemət Kərimlini təhqir etməkdə təqsirləndirilən jurnalist İmamət İsmayılova 8 ay azadlıqdan məhrum edilib.

KONKRET.az xəbər verir ki, vəkil Nemət Kərimli özünün sosial şəbəkə hesabında jurnalistin həbsinin detallarıma aydınlıq gətirib.

“İmamət Niyazi qızı İsmayılova əvvəllər tanımadığı və aralarında mübahisəsi olmadığı Türkan Rasim qızı Rzalıya 02 avqust 2023-cü il tarixdən başlayaraq 22 avqust 2023-cü il tarixədək, Şövqi Qafil oğlu Məmmədova və Raul Zaur oğlu Məmmədova isə 2024-cü ilin iyul ayından 2024-cü ilin sentyabr ayınadək özünün Feysbuk sosial şəbəkəsində “Söz soxmaq üzrə mütəxəssis”, “Çekist Xanım”, “Azərbaycan Polisinin Qənimi” və “Tülkügöz” saxta istifadəçi adlar, profil və hesablarından kütləvi nümayiş etdirməklə küçə adamının belə istifadə etmədiyi sözlərlə məni və yaxın xanım qohumlarımı təhqir etmişdir.

Qohumlarım bu barədə şikayət etmiş, Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlamış və bu şəxsi, yəni saxta profillərdən istifadə edən – İ.İsmayılova müəyyən edilərək cinayət işi başlanmış, barəsində polis nəzarətinə verilməsi barədə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 1(010)-322/2025 saylı 14.07.2025-ci il tarixli hökmü ilə İmamət Niyazi qızı İsmayılova AR CM-nin 148-1-ci maddəsi (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) ilə təqsirli bilinərək ona 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, məhkəmədə də zərərçəkən qadını (bizə qohum deyil, prokurorluqda şikayət ərizələri birləşdirilib) yenidən çox pis təhqir etdiyinə görə məhkəməyə hörmətsizlik maddəsi ilə (CM-nin 298-ci maddəsi) cinayət işi başlanıb, araşdırılması üçün Ədliyyə Nazirliyinə göndərilib.

Lakin İ.İsamyılova barəsində cinayət işi başladıqdan sonra və məhkəmə prosesi dövründə də özünün “Araşdırmaçı Jurnalist”, “Çekist Xanım” profillərindən dayanmadan yenə ən əxlaqsız sözlərlə məni və yaxın xanım qohumlarımı təhqir etməkdə davam edirdi. Ona görə də mən və qohumlarım yenidən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etdik. Onun yazdıqları o qədər əxlaqsız idi ki, hakim də onları ucadan oxumurdu və onun özünə göstərirdi ki, bunları yazmısan, ya yox. O da fəxrlə bildirirdi ki, hə. O, təqsirli bilindi və barəsində əlavə 4 ay həbs cəzası təyin edildi. Bu şəxs özünü jurnalist adlandırır, məhkəmədə tez-tez deyirdi ki, o, siyasi məhbusdur.

Məhkəmədə qışqırırdı ki, sən Tofiq Yaqublunu müdafiə edirsən, səni niyə həbs etmirlər, sən agentsən!

O, birinci məhkəmə prosesi dövründə hüquq müdafiəçisi Zəfər bəyə müraciət edərək onun siyasi məhbus elan edilməsini xahiş etmişdi.

Bir daha bildirirəm ki, biz onu tanımırıq, onu kimsə öyrədib, xanım qohumlarımızın telefon nömrələri, iş yerləri, şəxsi həyatları barədə məlumatları verib. Mən məhkəmədə bildirdim ki, şəxsin adını de, ərizəni geri götürək. O dedi ki, mən qalib gəldim, onun adın öyrənə bilmədiniz”, – vəkil qeyd edib. (bakupost.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see183

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see162

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see154

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see152

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see147

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see144

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri