Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Vəkil, yoxsa araqarışdıran?

Vəkil, yoxsa araqarışdıran?

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cared Qenserin gerçək missiyası nədir?

Keçmiş qondarma “dqr” rejiminin “dövlət naziri” olmuş, hazırda Bakı Hərbi Məhkəməsində Cinayət Məcəlləsinin terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan dövlətinə və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi maddələri üzrə mühakimə olunan Ruben Vardanyanın “hüquqi məsələlər üzrə beynəlxalq məsləhətçisi”, amerikalı hüquq müdafiəçisi Cared Qenser “Sputnik Ermənistan”a açıqlama verib.

“APRI Armenia” forumunun keçirildiyi məkanda verdiyi açıqlamada Qenser iddia edib ki, Bakıda keçirilən məhkəmə prosesi, guya, beynəlxalq hüquq prinsiplərinə ziddir. O, öz fikirlərini bununla “əsaslandırmağa” çalışıb ki, birincisi, mülki şəxslərin (?) işinə hərbi məhkəmə baxır. Vəkil ümumi “xor”a qoşularaq mühakimə olunanları “siyasi məhbuslar” adlandırmaqdan çəkinməyib və bunun “qanunsuz” olduğunu bildirib. Qenser konkret cinayət əməlləri törətməkdə ittiham olunan şəxslərin işini siyasiləşdirməyə çalışıb və bütün ittihamların siyasi motivli olduğunu, məhkəmənin “çoxsaylı prosessual pozuntularla” (?) keçirildiyini deyib.

Qeyd edək ki, C.Qenser özünü dünyaya “siyasi məhbusların vəkili” kimi sırımağa çalışır. Əslində isə onun fəaliyyəti bir çox hallarda hüququn müdafiəsi deyil, seçmə kampaniyalarla ictimai rəyə təsir etməyə, dövlətləri təzyiq altına almağa və müəyyən geosiyasi dairələrin maraqlarına xidmət etməyə yönəlib. O, müxtəlif illərdə Venesuela, İran, Çin, Myanma, Belarus və sair ölkələrdə “siyasi məhbus” kimi tanıtdırılan şəxslərin hüquqlarını müdafiə edib. Amma bu müdafiələrin bəziləri, xüsusilə də maliyyə, korrupsiya və separatizm ittihamları ilə üzləşən şəxslərlə bağlı olduqda suallar doğurur. Odur ki, Qenserin hüququn, yoxsa sifarişin vəkili olmasına dair haqlı sual yaranır.

Vəkil Vardanyanla bağlı məsələni də “siyasi məhbus” kontekstində təqdim etməyə çalışır. Yəni, bu məsələdə də eyni yanaşma özünü göstərir. Bu isə həm hüquqi, həm də informasiya baxımından manipulyasiyadır. Qenser onu “siyasi məhbus” kimi qələmə verir, amma unudur ki, Vardanyan Azərbaycanın suveren ərazilərində qanunsuz fəaliyyət göstərib, separatizmi, terrorçuluğu maliyyələşdirib və indi vətəndaşlarımıza qarşı cinayətlərdə ittiham olunur. Ən azı, beynəlxalq hüquq baxımından, Azərbaycanın öz ərazisində qanunun aliliyini təmin etməsi, separatçılıqla mübarizə aparması suveren hüquqdur. Burada hansı siyasətdən, hansı siyasi məhbusdan danışmaq olar?

Qenserin adı bir sıra lobbiçilik fəaliyyətlərində də hallanır. Onun vəkillik fəaliyyəti ilə siyasi kampaniyalar arasında sərhədlər bəzən o qədər qarışır ki, insan hüquqları pərdəsi altında siyasi manipulyasiyalar aşkar görünür. ABŞ-dakı bəzi “beyin mərkəzləri” onun müəyyən hallarda hökumətlərə və transmilli şirkətlərə qarşı nüfuzlu təzyiq aləti kimi istifadə olunduğunu bildirirlər. Biz isə Qenserin timsalında hüququn, necə deyərlər, selektiv istifadə olunmasına dair nümunənin şahidi oluruq. O, geosiyasi proseslərə yön vermək üçün hüquqdan alət kimi istifadə edir. Bu isə artıq vəkillik etmək yox, siyasi alverlə məşğul olmaqdır.

***

Onun Bakıda keçirilən məhkəmə prosesinin, guya, beynəlxalq hüquqa zidd olmasına dair fikirləri qərəzli və məqsədli siyasi manipulyasiyadır. Ölkə ərazisində törədilən ağır cinayət əməllərinə görə məsuliyyətə cəlb olunan şəxslərin işi tam qanuni, legitim və beynəlxalq hüquq çərçivəsində həyata keçirilir. Hərbi məhkəmənin bu işlərə baxması həmin şəxslərin silahlı birləşmələrdə iştirakını və hərbi xarakterli cinayətlər törətməsini nəzərə alaraq hüquqi əsaslara dayanır. Mühakimə olunan şəxslərin bir qismi, məsələn, Levon Mnatsakanyan, David Manukyan Ermənistan ordusunun yüksək rütbəli hərbçiləri, digərləri isə hərbi-siyasi vəzifə daşıyan şəxslər olublar. Ümumilikdə, mühakimə edilənlərin hamısı Azərbaycana qarşı birinci və ikinci Qarabağ müharibələrində, şərti olaraq “Aprel döyüşləri” adlanan hadisələrdə bu və ya digər formada iştirak ediblər. Bu baxımdan, Qenserin mühakimə olunanları “siyasi məhbus” adlandırması həm hüquqi baxımdan əsassızdır, həm də separatizmi və terroru himayə edən mövqedir. Onun “prosessual pozuntu” iddiaları konkret dəlillərlə əsaslandırılmır və sadəcə, ictimai rəyə təsir etməyə yönəlib. Bu yanaşma hüququn müdafiəsi yox, siyasi müstəvidə Azərbaycanın apardığı ədalətli hüquqi prosesə kölgə salmağa cəhddir.

Onu da bildirək ki, C.Qanser təxribatçı addım ataraq Ermənistan hökumətini mühakimə olunan şəxslərlə bağlı prosesə cəlb etməyə çalışb. Deyib ki, Ermənistan hakimiyyəti, heç olmasa, mühakimə olunanlar barədə danışmalı, Bakıdan verilən bəyanatlara baxmayaraq, onların azad edilməsinin və İrəvana qaytarılması üçün vasitələr axtarılmasının hökumətin prioritet vəzifəsi olduğunu bildirməlidir. Onun məsələni dini müstəviyə çəkmək cəhdləri də diqqətdən yayına bilməz: “Baş nazir Paşinyandan xahiş edirəm ki, ABŞ-ın erməni xristian “hərbi əsirləri” azad etmək səylərini (?) açıq şəkildə dəstəkləsin və bu məsələnin Azərbaycanla müzakirə oluna biləcəyi barədə passiv bəyanatlarla məhdudlaşmasın”.

Başabəla vəkilin Ermənistan hökumətini Azərbaycanda mühakimə olunan separatçılarla bağlı prosesə cəlb etməyə yönəlmiş çağırışı açıq-aşkar təxribat xarakteri daşıyır. Bu, həm Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi, həm də məhkəmə prosesini siyasiləşdirmək üçün göstərilən növbəti uğursuz təşəbbüsdür. Qenser, guya, “erməni hərbi əsirlərin” hüquqlarından danışsa da, əslində, konkret cinayət əməllərinə görə təqsirləndirilən şəxsləri müdafiə edir və hüquqi məsuliyyəti milli kimlik və dini mənsubiyyət pərdəsi altında gizlətməyə çalışır. Onun Ermənistan hakimiyyətindən bu şəxslərin azad edilməsi üçün addımlar atmağı istəməsi, hüquqi yox, siyasi xarakterli çağırışdır. Bu yanaşma hüququn prinsiplərinə deyil, xristian həmrəyliyi amilinə söykənir və məsələni dini zəmində təqdim etməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanıb.

Məhkəmə qarşısında cavab verən şəxslər qanunsuz silahlı dəstələrin üzvləri, bəziləri isə konkret müharibə cinayətlərində ittiham olunanlardır. Onların “hərbi əsir” kimi təqdim olunması həm beynəlxalq humanitar hüquqa, həm də faktlara ziddir. Qenserin mövqeyi Ermənistanı təhrik edərək regionda sülh gündəliyinə zərbə vurmaq məqsədi daşıyır. Azərbaycanın müstəqil məhkəmə sistemi daxili qanunvericiliyə və beynəlxalq hüquqa uyğun şəkildə fəaliyyət göstərir. Bu prosesə istənilən formada siyasi və dini çalarlar qatmaq cəhdi qəbuledilməzdir. Qenserin çıxışı hüququn yox, revanşizmin və ideoloji qərəzin ifadəsi kimi səslənir.

Eyni zamanda, onun ABŞ hökumətinin adından danışırmış kimi çıxış etməsi diplomatik və hüquqi baxımdan qeyri-ciddi və məsuliyyətsiz yanaşmadır. ABŞ-ın rəsmi mövqeyini şəxsi kampaniya maraqları ilə qarışdırmaq həm ictimai rəyi çaşdırmağa, həm də regional sabitliyə zərbə vurmağa hesablanmış addımdır. Hüquqi prosesə dini və milli etnik çalarlar qataraq “erməni xristian hərbi əsirlər”dən” danışmaq isə açıq-aşkar siyasi təxribat və məqsədli dezinformasiyadır.

S.HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyun 2025 01:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri