Icma.az
close
up
RU
Vəkillə bağlı ŞOK TƏFƏRRÜAT KONKRET

Vəkillə bağlı ŞOK TƏFƏRRÜAT KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin istintaqa cəlb olunmasının 3-cü günü ona dövlət hesabına vəkil təyin olunması bəlli olub.

KONKRET.az musavat-a istinadən xəbər verir ki, Mehdiyevin hüquqlarını Bakı şəhəri 3 saylı Vəkil Bürosunun rəhbəri Zaur Abıyev müdafiə edir. Rəsmi məlumatlara görə, Abıyev kommersiya, tikinti, vergi, əmlak və əşya hüququ üzrə ixtisaslaşıb. Başqa sözlə, onun fəaliyyət sahəsi əsasən mülki və təsərrüfat mübahisələri ilə bağlıdır.

Ramiz Mehdiyevə isə rəsmi olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü (dövlətə xəyanət) və 193-cü (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.

Bu maddələrin hər biri ağır və xüsusilə ağır cinayət kateqoriyasına aiddir, cəza isə azadlıqdan məhrumetmə ilə yanaşı, siyasi iradə və dövlət təhlükəsizliyinə yönəlmiş hücum kimi qiymətləndirilir.

Lakin ittihamların miqyası ilə müqayisədə müdafiə tərəfinin seçimi bir o qədər də ciddi görünmür.

Dövlətə xəyanətdə və hakimiyyəti zorla saxlamaqda ittiham olunan bir şəxsə kommersiya hüququ üzrə vəkil təyin olunması nə dərəcədə uyğundur?

Və ya dövlətə xəyanətdə ittiham olunan bir şəxs öz milyonları hesabına deyil, dövlətin cibindən ödənilən vəkillə müdafiə olunmalıdırmı?

Dövlət təhlükəsizliyi ilə bağlı cinayətlər üzrə istintaq və məhkəmə işləri xüsusi bilik, təcrübə tələb edir. Belə hallarda müdafiəçi təkcə hüquqi terminlərlə deyil, həm də dövlət sirri, istintaq etikası və beynəlxalq hüquq normaları ilə işləməyi bacarmalıdır.

Zaur Abıyevin hüquqi profili bu baxımdan uyğun gəlmir.

Bununla belə Zaur Abıyev kommersiya, əmlak, vergi və tikinti hüququ üzrə ixtisaslaşıb. Ramiz Mehdiyevin son illərdə üzə çıxan sayı-hesabı mübhəm olan sərvətlərinin böyük hissəsi torpaq sahələri, daşınmaz əmlak, şirkət payları, kommersiya obyektləri məhz bu hüquq sahələrinə daxildir.

Bu baxımdan, vəkilin mülki hüquqi sənədlərlə işləmə təcrübəsi, əmlakın leqallaşdırılması, vergi və mülki dövriyyə mexanizmlərini bilməsi onu CM-nin 193-cü maddəsi (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) üzrə müdafiədə faydalı edə bilər.

Belə rezonanslı işdə dövlət hesabına təyin olunan vəkilin xidmətindən istifadə etmək də maraqlı gəlişmədir.

Ramiz Mehdiyevə ittiham elan olunduqdan sonra onun çoxsaylı daşınmaz əmlakı, şirkət payları və torpaq sahələri üzə çıxıb. İctimailəşmiş məlumatlara görə, keçmiş PA rəhbərinin sərvəti milyardlarla manata ölçülür.

Belə olan halda, bu qədər maddi imkanlara malik bir şəxsin dövlət hesabına vəkillə təmin olunması hüquqi hissəsi bir tərəfə, mənəvi-əxlaqi ziddiyyət yaradır.

Dövlətə xəyanətdə ittiham olunan bir şəxs ölçüyəgəlməz sərvətinə rəğmən öz hesabına deyil, məvacibi dövlətin cibindən ödənilən vəkillə müdafiə olunma taktikası seçir.

Dövlətdən sosial yardım gözləyən vətəndaşlar, ədalət axtaran kasıb ailələr varkən, dövlət büdcəsindən Ramiz Mehdiyev kimi varidat sahibi olan bir müttəhimin müdafiəsinə vəsait ayrılması gülüncdür.

Ramiz Mehdiyevin işi əslində bir əxlaqi-hüquqi dilemma yaradır. Bir tərəfdə dövlətə xəyanət və hakimiyyətin zorla saxlanması kimi ağır ittihamlar, digər tərəfdə isə bu qədər sərvəti olan bir şəxsin dövlətin hesabına vəkillə müdafiə olunması…

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri