Icma.az
close
up
RU
Vəkillər keçmiş məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərib VİDEO

Vəkillər keçmiş məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərib VİDEO

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) birgə təşkilatçılığı ilə Bakı şəhərinin Sabunçu rayonundakı Kürdəxanı qəsəbəsində, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Yurdumuza Qayıdırıq” adlı hüquqi maarifləndirmə tədbiri keçirilib. 

"Unikal"ın məlumatına görə, Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, tədbirin əsas məqsədi məcburi köçkünlərin hüquqlarının təbliği, hüquqi biliklərinin artırılması, bu sahədə həyata keçirilən fəaliyyətlərin ictimaiyyətə çatdırılması, habelə işğaldan azad olunmuş ərazilərə qayıdış prosesi ilə bağlı hüquqi maarifləndirmənin təmin edilməsidir. 

Qeyd olunub ki, Prezident İlham Əliyev məcburi köçkünlərlə işi sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib, onların sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri normativ hüquqi aktlar qəbul edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bu kateqoriyadan olan soydaşlarımızın müraciətlərinin müsbət həlli üçün tapşırıqlar verib. 

Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Tədbirdə keçmiş məcburi köçkünlərə dövlət tərəfindən nəzərdə tutulan güzəşt və imtiyazlar, sosial müdafiə tədbirlərinin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri, eləcə də onları maraqlandıran digər hüquqi məsələlərlə bağlı məlumat verilib. 

Vəkillər Kollegiyasının sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov tədbirin açılışında çıxış edərək iştirakçıları VK sədri Anar Bağırovun, Kollegiyanın və vəkil həmkarların adından salamlayıb.

Sədr müavini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə VK arasında bir neçə ildir ki, sıx səmərəli əməkdaşlığın mövcud olduğunu, 2022-ci ildə imzalanmış Memorandum çərçivəsində bir sıra pulsuz hüquqi yardım aksiyaları və maarifləndirici tədbirlərin təşkil edildiyini, yüzlərlə şəxsin isə bu imkanlardan faydalandığını deyib.

Çıxışında tədbirin əlamətdar məqamlarına toxunan Şahmar Məmmədov söyləyib ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyanın bu il 30 illiyi qeyd olunur. Bu xüsusilə önəmlidir, çünki bu gün Azərbaycan Respublikasının Konstitusiyası, dövlət suverenliyi ölkənin hər bir ərazisində bərpa edilib.    

Sədr müavini diqqətə çatdırıb ki, Konstitusiyada nəzərdə tutulmuş yüksək keyfiyyətli hüquq yardım almaq hüququ vəkillər tərəfindən həyata keçirilir. Kollegiyanın üzvləri bu missiyanı böyük məsuliyyət və peşəkarlıqla həyata keçirir. 

Şahmar Məmmədov həmçinin bildirib ki, VK Rəyasət Heyətinin 9 dekabr 2020-ci il tarixli qərarına əsasən şəhid ailələri və qazilərə mütəmadi olaraq pulsuz hüquqi yardım göstərilir. Bu təşəbbüslər vəkillər tərəfindən mənəvi borc kimi qəbul olunaraq yüksək səviyyədə icra olunur.

Tədbir çərçivəsində insan hüquqları sahəsində həyata keçirilmiş tədbirlərin təqdimatı olub. 

“Pro Bono” Vəkil Bürosu və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən 100-ə yaxın keçmiş köçkünə pulsuz hüquqi yardım göstərilib, vətəndaşların sualları cavablandırılıb, praktiki məsləhətlər verilib.

Bu təşəbbüs, hüquqi cəhətdən maarifləndirilmiş cəmiyyətin formalaşdırılması və keçmiş məcburi köçkünlərin sosial inteqrasiyasına dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Qeyd edək ki, hüquqi maarifləndirmə tədbirləri məcburi köçkünlərin digər müvəqqəti məskunlaşma yerlərində də davam etdiriləcək.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 May 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri