Icma.az
close
up
RU
Vəkillər Kollegiyası vəkili cərimələdi

Vəkillər Kollegiyası vəkili cərimələdi

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, həmçinin icbari təlim proqramlarını uğurla tamamlayan namizədlər üçün andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası normalarına və peşə borcuna sadiq qalacaqlarına dair and içərək Kollegiyanın üzvlüyünə qəbul olunublar. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçirilməsi, öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən müddətə vəkillik fəaliyyətinin dayandırılması, habelə müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunması ilə bağlı müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Bundan başqa, “Vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən kargüzarlığın aparılmasına dair” Təlimat müzakirə olunub. Həmçinin vəkil büroları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən 2026-cı ildə hüquqi yardım göstərilməsi ilə bağlı yarımillik statistik hesabat təhlil edilib.

Həmçinin iclasda bəzi vəkil bürolarında aparılmış monitorinqlərin nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, monitorinq zamanı müəyyən nöqsanlar aşkarlanıb və onların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda monitorinq mexanizmlərinin daha da təkmilləşdirilməsi və bu istiqamətdə nəzarət tədbirlərinin səmərəliliyinin artırılması qərara alınıb. 

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarı ilə yol verilən intizam pozuntusuna görə 1 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Sentyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see365

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see272

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see272

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see271

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see259

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see259

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see254

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see245

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see243

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see227

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see221

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see217

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see216

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see213

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see210

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see204

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see201

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see199

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see185

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri