Icma.az
close
up
RU
Vəkillər Kollegiyasından Şaiq Mirzəyevlə bağlı Açıqlama

Vəkillər Kollegiyasından Şaiq Mirzəyevlə bağlı Açıqlama

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, həbsdə olan iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevin dövlət qurumunda vəzifə tutması ilə bağlı məlumatlar yayılıb və qeyd olunub ki, vəzifəli şəxsin vəkil kimi başqa şəxslə müqavilə bağlaması qanunvericiliklə qadağan edilib.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, vəkilin publik hüquqi şəxsdə fəaliyyət göstərməsi onun dövlət qulluğunda işləməsi anlamına gəlmir.

Bildirilib ki, qanunvericiliyə əsasən, yalnız dövlət qulluğunda fəaliyyət göstərən vəkilin fəaliyyəti dayandırılır: “Publik hüquqi şəxs dövlət qulluğu sayılmadığından həmin qurumlarda çalışan şəxslərin vəkil kimi fəaliyyətinə məhdudiyyət tətbiq edilmir. Bu səbəbdən vəkillərin publik hüquqi şəxslərdə işləməsi onların peşə fəaliyyətinə mane olmur.

Vəkillərin fəaliyyəti yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Sonda qeyd etmək istərdik ki, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevin guya vəkillik fəaliyyətinə zidd hərəkətləri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Şaiq Mirzəyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyasının department müdiri olması barədə məlumat yayılıb. Sözügedən qurumun mətbuat katibi məlumat ictimailəşəndən sonra verdiyi açıqlamada bildirib ki, Ş. Mirzəyev hazırda Milli Observatoriyanın əməkdaşı deyil: “Onunla əmək müqaviləsinə 15 sentyabr tarixindən xitam verilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri