Icma.az
close
up
RU
Vəkillər Kollegiyasının nümayəndə heyəti İtaliyada beynəlxalq konfransda iştirak edib

Vəkillər Kollegiyasının nümayəndə heyəti İtaliyada beynəlxalq konfransda iştirak edib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) EYBA-da səlahiyyətli nümayəndəsi Yunis Nəsibov və ARVK-nın üzvü Nurəngiz Qarayeva İtaliyanın paytaxtı Roma şəhərində Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) təşkilatçılığı və İtaliya Gənc Vəkillər Assosiasiyasının dəstəyi ilə keçirilən növbəti genişmiqyaslı beynəlxalq yaz konfransına qatılıb.

Kollegiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə müasir hüquq problemləri, vəkillər və hüquqşünaslar üçün etika və intizam kodeksi ilə bağlı problemlər, əmək hüququ və ekoloji tətil, şirkətlərin birləşməsi və satınalma hüququnda yeni trendlər, hüquq sahəsində süni intellektin rolu və gələcək perspektivləri mövzusunda müzakirələr aparılıb və çıxışlar edilib.

EYBA-nın prezidenti Şanon Qavli (Shannon Gawley) çıxış edib, Assosiasiyanın təşəbbüsü ilə görülən işlər, davam edən layihələr, gələcək planlar barədə məlumat verib.

Eyni zamanda, konfransda gənc vəkillərin iş prosesində üzləşdiyi bir sıra problemlər səsləndirilib.

Sonra Lissabon Hüquq məktəbinin professoru və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin keçmiş hakimi Paulo Pinto de Albuquerque, Roma Vəkillər Kollegiyasının prezidenti Paolo Nesta, Beynəlxalq Vəkillər Assosiasiyasının prezidenti Claudio Visco, Milan Vəkillər Kollegiyasının prezidenti Antonino La Lumia, Münxen Vəkillər Kollegiyasının prezidenti Anne Riethmüller, eləcə də digər vəkil və təmsilçilər tərəfindən maarifləndirici nitqlər səsləndirilib.

Tədbirin ikinci günü EYBA-nın Ümumi Yığıncağı baş tutub. Yığıncaqda hazırda davam edən layihələr, gələcək planlar və qurumun idarəçiliyi ilə bağlı digər məsələlər müzakirə edilib.

Həmçinin konfrans çərçivəsində Yunis Nəsibovun da üzv olduğu EYBA Audit Komitəsinin görüşü keçirilib.

Bundan başqa, tədbir iştirakçıları üçün İtaliya Ali Məhkəməsinin inzibati binasına və İtaliya Konstitusiya Məhkəməsinin inzibati binasına ekskursiya təşkil edilib.

Konfrans müddətində vəkillər arasında sosial əlaqələrin qurulması istiqamətində, xüsusilə Münxen və Romanın gənc vəkilləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr də aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri