Icma.az
close
up
RU
Vəli Qasımov: Böyüklərə məşq keçməmişik, sadəcə, onları yığmışıq

Vəli Qasımov: Böyüklərə məşq keçməmişik, sadəcə, onları yığmışıq

Icma.az, sport24.az saytına istinadən bildirir.

Şamaxı Regional Futbol məktəbinin koordinatoru Vəli Qasımovun Sport24.az-a müsahibəsi
- 2024/2025 mövsümünü Şamaxı Regional Futbol məktəbi üçün necə dəyərləndirirsiniz?
- Uşaqlar yetişir. Əsasən də aşağı yaş qrupları. Böyük yaşlarda uşaqlar demək olar ki, yox idi. Çətinliklə yığmışıq. Bununla bağlı bir az əziyyət çəkirik. Azyaşlılar isə yaxşıdır. Böyüyürlər, inkişaf gedir. İnanıram ki, yaxşı nəticələr olacaq.
- Aşağı yaş qruplarını qabartdınız. İstedadlı oyunçular çoxdur?
- Həqiqətən çox yaxşıdırlar. Ağsu zonasında oynayırıq. Demək olar ki, əksər matçlarda qələbə qazanırıq. Amma bizim əsas məqsədimiz əltəbbə ki, uşaqları yetişdirməkdir. Onları düzgün yönəltmək lazımdır. Yerində baxsanız, inkişafın getdiyini görəcəksiniz.
- Çoxları Şamaxının futbol bölgəsi olmadığını düşünür. Siz artıq neçə ildir ki, oradasınız. Bu bölgə ölkə futboluna tanınmış simalar verə biləcəkmi?
- Əminəm ki, 4-5 ildən sonra Şamaxıdan olan futbolçular milli komandamızda çıxış edəcəklər. Burada potensiallı oyunçular var. İnanıram ki, onlar daha yuxarı səviyyələrə çatacaqlar. İlk növbədə iş davam etməlidir. Ondan sonra necə futbolçuların çıxdığını birlikdə görəcəyik.
- Aşağı yaş qruplarında nəticə elə də önəm kəsb etmir. Amma gənclər qalib gəlməyə meyillidirlər. Qarşıdakı illərdə hansısa komandanız çempionluğa oynaya bilərmi?
- Çempionluğa oynamağımız çox çətin olacaq. Çünki bəzi klublar nəticəyə oynayırlar. Onların imkanları var. Şəraitləri mövcuddur, qida verə bilirlər. Onlar Azərbaycanın digər bölgələrindən uşaqlar cəlb edirlər, saxlayırlar. Nəticəni belə komanda göstərə bilir. Bizdə isə sırf Şamaxıdan olan uşaqlardır. Zəif də olsa, onları oynadırıq. Məqsədimiz digər klublara baxanda bir az ayrıdır. Klublarımızda digər bölgələrdən gələnlərdən çoxdur. Bizim bütün yaş qruplarımızdakı uşaqlar Şamaxıdandır. Böyüklərə məşq keçməmişik, sadəcə, onları yığmışıq. Nəticə göstərə, oynaya bilmirlər. Amma azyaşlılarda inkişaf gedir.
- Misli Premyer Liqasında çıxış edən "Şamaxı"nın əsas komandasında da bir neçə azərbaycanlı gənc oyunçu əsas heyətdə yer alır...
- Ayxan Abbasov U-21 millimizin də baş məşqçisi təyin olunub. İndi daha çox gənc futbolçuları cəlb edəcəklər. Bu da ölkə futbolu üçün çox yaxşı amildir. Əlbəttə, heyətdə legionerlər də yer alacaq. Gənc futbolçular əcnəbilərin yanında oynayanda daha çox inkişaf edirlər. Hazırda gənclərə ən çox şans verən də "Şamaxı" komandasıdır. Şamaxı futbolu gündən-günə inkişaf edəcək. Ayxan müəllim cavanları daha çox oynadacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sport24.az
archiveBu xəbər 17 May 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri