Vəli Qasımov: Əvvəllər uşaqları çətinliklə yığırdıq, indi isə...
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Təklif Elçin Usubdan gəldi. Dəvət etdi, mən də imtina etmədim". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı" klubunun idarə heyətinin sədr müavini Vəli Qasımov deyib.
Ötən gün təyinatı gerçəkləşən Qasımov klubda görüləcək işlərdən danışıb:
"Mənim əsas işim akademiyada olacaq. Görüləsi işlər çoxdur. "Şamaxı" yeni yaranan komandadır. Uşaqlar gəlməkdə davam edir. Əvvəllər uşaqları çətinliklə yığırdıq, indi isə akademiyamıza yazılmaq istəyənlər çoxdur. İşlər yaxşı gedir ki, Şamaxıda futbola maraq artıb. Düzdür, bəzi məsələlər daha yaxşı ola bilər. Bu, qidalanma, qalmaq məsələsidir. Bu gün üçün durum normaldır".
Qeyd edək ki, Vəli Qasımov 2022-ci ildən "Şamaxı"da gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 19 İyul 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















