Vəliəhd HARADADIR? Yoxa çıxıb...
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Danimarka vəliəhdi şahzadə Kristian Norveçin paytaxtı Osloda kral V Haraldın dəfn mərasimindən sonra qəfil yoxa çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Norveçin "Dagbladet" nəşri məlumat yayıb.
Bildirilir ki, kilsədəki rəsmi mərasimdən sonra vida prosesi Akershus qəsrinin kilsəsində davam edib. Orada dəvət olunmuş qonaqlar üçün qapalı mərasim təşkil edilib. Şahzadə Kristianın kilsəyə daxil olarkən videoya çəkildiyi, lakin mərasim bitdikdən sonra heç kimin onu görmədiyi məqalədə qeyd olunur.
"Vəliəhd şahzadə Kristian heç yerdə görünmürdü", - deyə yazıda vurğulanıb.
Vəziyyətə yalnız axşama doğru aydınlıq gəlib. Məlum olub ki, kralın Norveçə səfəri dövründə regent vəzifəsini icra etmək üçün şahzadə təcili olaraq Danimarkaya qayıtmalı olub.
Baxış sayı:116
Bu xəbər 10 Sentyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















