Icma.az
close
up
RU
Veliko Tırnovoda “Şuşa” parkı salınacaq

Veliko Tırnovoda “Şuşa” parkı salınacaq

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uca dağlar qoynunda qərar tutan Şuşa Azərbaycan xalqı üçün müstəsna önəm daşıyan bir diyardır. Buna görə də Azərbaycan dövləti postmüharibə dövründə Şuşanın tarixi şöhrətinin, zəngin mədəni həyatının geri qaytarılması, ənənələrin yaşadılması və daha da zənginləşdirilməsi istiqamətində davamlı fəaliyyətlər həyata keçirir. Artıq müharibə illərində dağıdılmış bir sıra abidələr, məscidlər bərpa olunub və yeniləri tikilib. “Xarıbülbül” musiqi festivalı, Vaqif poeziya günləri şəhərin mədəni həyatını canlandırıb.

Eyni zamanda, Şuşanın beynəlxalq səviyyədə tanıdılması istiqamətində də fəal iş aparılır. Müharibədən sonra  azad Şuşa 2023-cü il üçün Türk, 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib və hər iki mədəniyyət ili çərçivəsində xarici qonaqların iştirakı ilə çoxsaylı tədbirlər reallaşdırılıb.

Şuşanın beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində fəaliyyətlər davam etdirilir. Bu günlərdə dost Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa” parkının salınacağı ilə bağlı xəbərlər yayılıb. Beləliklə də, adı Bolqarıstanın turist marşrutları sırasında yer alan Veliko Tırnovo şəhərinə təşrif gətirən qonaqlar burada həm də Azərbaycanın əfsanəvi şəhəri ilə məlumat almaq imkanı qazanacaqlar.

Heydər Əliyev Fondunun yaratdığı dostluq körpüsü

Xeyirxahlıq heç vaxt unudulmur. Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa” parkının salınmasına qərar verilməsi də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu şəhərlə yaratdığı dostluq körpüsünün gözəl bir bəhrəsidir.

Məlumdur ki, Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsini reallaşdırır. Deyə bilərik ki, bu layihə ilə Azərbaycan xalqının nəcib keyfiyyətləri və dövlətimizin gücü dünya ictimaiyyətinə təqdim olunur. O cümlədən Fond indiyədək ayrı-ayrı ölkələrdə çoxsaylı abidələrin bərpasını reallaşdırmaqla onlara, necə deyərlər, ikinci həyat qazandırıb.

Fondun adı, həmçinin Veliko Tırnovo şəhərinin sakinlərinə də yaxşı tanışdır. Belə ki, şəhərin rəmzlərindən sayılan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiyası və bərpası da Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşıb.  Qoruğun bərpadan sonra açılışı 23 sentyabr 2016-cı il tarixində Bolqarıstanın Baş nazirinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə baş tutub. “Bu tədbirdə iştirak etmək mənim üçün şərəfdir”, - deyən Veliko Tırnovo şəhərinin meri Daniel Panov sakinlər adından Azərbaycanın birinci xanımına bu layihəyə görə minnətdarlığını bildirib. “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun tarixindən danışan mer bildirib ki, bu qədim abidənin bərpa edilməsi bolqar xalqının uzun illərdən bəri arzusu olub və bu arzunu Heydər Əliyev Fondu gerçəkləşdirib. Mer bu nəcib missiyanın həyata keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bir daha təşəkkürünü bildirib.

Açılış tədbirində çıxış edən Mehriban xanım Əliyeva tarixi abidənin bərpasında iştirak etməyin son dərəcə qürurverici olduğunu vurğulayaraq bildirib: “Mənə çox xoşdur ki, bu mədəniyyət-muzey mərkəzinin bərpasına Heydər Əliyev Fondu öz töhfəsini verib. Yaşıl təpələr arasında yerləşən Veliko Tırnovo şəhəri XII-XIV əsrlərdə Avropanın aparıcı mədəni, tarixi, ictimai-siyasi mərkəzlərindən biri olub və əvvələn özünün bənzərsiz təbiəti, gözəlliyi, habelə məhz memarlıq xüsusiyyətləri, müdafiə təyinatlı qala divarları ilə fərqlənib. “Trapezitsa” qoruğu bütün bolqar xalqının milli sərvətidir, eyni zamanda, o, Ümumavropa mədəni irsidir. Buna görə bir daha demək istəyirəm ki, dünya əhəmiyyətli bu tarixi-mədəni irsin bərpasına öz töhfəmizi verdiyimizə görə biz də, fondumuz da çox qürur duyuruq”.

Qeyd edək ki, “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında” saziş 2015-ci il mayın 27-də Sofiyada imzalanıb. Sazişə əsasən, Heydər Əliyev Fondu tarixi abidədə 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, mədəni irs mərkəzinin yaradılmasını, ərazidəki orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçirib. Qoruğun ərazisində yerləşən tarixi kilsələr də bərpa olunub. XIII və XIV əsrlərə aid bu kilsələr nəinki qoruğun, eləcə də Bolqarıstanın tarixi dini abidələrindən hesab edilir.

Bolqarıstan və Şərqi Avropada tarixi turizm mərkəzlərindən biri olan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda konservasiya və bərpa işləri 10 ay davam edib. Qoruq bolqar xalqının zəngin mədəni dəyərlərini əks etdirir

Qoruğun ərazisində Mədəni İrs Mərkəzi yaradılıb. Burada Veliko Tırnovo və “Trapezitsa”nın, həmçinin İkinci Bolqar Xanlığının tarixi və burada aparılan arxeoloji tədqiqatlar barədə məlumatlar verilir, eləcə də orta əsrlərə aid müxtəlif eksponatlar sərgilənir. Tırnov şəhəri İkinci Bolqar dövlətinin məşhur paytaxtı, XII əsrin sonundan XIV əsrin sonunadək Avropanın dövlətçilik, mənəvi və mədəni mərkəzi olub.

Şəhər sakinləri və qonaqlar üçün müasir ictimai məkan

Bəri başdan o fikri ifadə etmək mümkündür ki, turizm şəhəri kimi tanınan Veliko Tırnovoda “Şuşa” parkının yaradılması həm Azərbaycanın, həm də Şuşanın dünyada tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır. İstirahət mərkəzinin yaradılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin bu günlərdə  Bolqarıstan Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında  imzalanan Veliko Tırnovo şəhərində “Şuşa” parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Sazişə əsasən mümkün olacaq. Komitədən verilən məlumata görə, səfər çərçivəsində Anar Quliyev Veliko Tırnovo şəhərinin meri Daniel Dimitrov Panovla görüşüb.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun da iştirak etdiyi görüşdə şəhərsalma və memarlıq sahəsində əməkdaşlıq perspektivləri, tarixi şəhər mühitinin qorunması və müasir ictimai məkanların yaradılması istiqamətində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Tərəflər qardaşlaşmış şəhərlər institutunun genişləndirilməsi, Azərbaycan və Bolqarıstan şəhərləri arasında birbaşa əlaqələrin gücləndirilməsi və birgə mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Anar Quliyev cari ilin mayında keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) qlobal şəhər gündəliyinin müzakirəsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirərək həmkarını bu mötəbər tədbirdə iştirak üçün Bakıya dəvət edib.

“Şuşa” parkı layihəsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzdində fəaliyyət göstərən “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb, detallı layihələndirmə işləri isə Komitənin sifarişi əsasında Bolqarıstanın “DAD Studio” LTD şirkəti tərəfindən icra olunub.

Şəhərin mərkəzi hissəsində yerləşən və 1,81 hektar ərazini əhatə edən park şəhər sakinləri və qonaqlar üçün müasir ictimai məkan kimi nəzərdə tutulub. Layihə çərçivəsində funksional zonalaşdırma, piyada zolaqları, istirahət və rekreasiya sahələri, süni su hövzəsi və musiqili fəvvarə planlaşdırılıb. Parkın ərazisində Nizami Gəncəvinin abidəsi, “Şuşa” instalyasiyası, bədii həllində isə xarıbülbül motivləri yer alacaq. Burada yerli iqlim şəraitinə uyğun yaşıllaşdırma və abadlıq işləri görüləcək.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Fevral 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri