Veloparkı işıqsız qoyan şəxsə HÖKM OXUNDU
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Respublika Velosiped Trekindən oğurluq edən şəxsə hökm oxunub.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Səbail rayonu, Salyan şosesi, Dostluq parkı, 10 ünvanında yerləşən və Respublika Velosiped Trekinin balansında olan BMX veloparkında quraşdırılmış projektor dirəklərinə gedən, diametri 25 millimetr olan yeraltı mis kabel oğurlanıb. Nəticədə park uzun müddət işıqsız qalıb.
Aparılan araşdırma zamanı oğurluğun 1992-ci ildə Bakı şəhərində anadan olmuş, 12 il ərzində BMX veloparkında bağban kimi çalışan B.H. adlı şəxs tərəfindən törədildiyi müəyyən edilib. Ümumilikdə, kabellərin və mis şinlərin oğurlanması nəticəsində veloparka 25 836.73 manat məbləğində maddi ziyan dəydiyi məlum olub.
Məhkəmənin qərarı ilə B.H. Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Baxış sayı:131
Bu xəbər 10 Aprel 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















