Velosiped idmanında ən yaxşılar mükafatlandırılıb İdman və Biz
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Tadey Poqaçar kişilər arasında, Lotte Kopetski isə qadınlar arasında velosiped idmanında 2024-cü ilin ən yaxşıları seçiliblər.
İdman.biz xəbər veir ki, onlar velosiped idmanının "Qızıl top"u sayılan "Velo d'Or" mükafatına layiq görülüblər.
Sloveniyalı Poqaçar 1987-ci ildən bəri eyni mövsümdə "Giro d'İtalia", "Tour de France" və dünya çempionatının şosse yarışının qalibi olan ilk idmançıdır. Belçikalı Kopetski isə bu il 16 yarışda qalib gələrək dünya çempionu titulunu qoruyub saxlayıb və Olimpiya bürüncünü qazanıb.
Qeyd edək ki, Poqaçar ilk dəfə "Velo d'Or" mükafatına 2021-ci ildə layiq görülüb.
İdman.biz

Elvin Cəfərquliyev mükafatlandırılıb İdman və Biz
16 Dekabr 2024 20:12
“Qarabağ”ın rəqibi ən yaxşılar arasında, “Real”dan rekord İdman və Biz
17 Yanvar 2025 18:04
Alfonso Dominqes Dubayda mükafatlandırılıb İdman və Biz
11 Dekabr 2024 11:03
“Ayın qolu”nun qalibi mükafatlandırılıb İdman və Biz
19 Dekabr 2024 14:43
Messi velosiped buraxacaq
25 Noyabr 2024 16:54

