Velosipedin pedalı 8 yaşlı qızın gözünə batdı Gəncədə faciəli ölüm
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Gəncədə velosipedlə vurulan səkkizyaşlı qızın ölümünün bəzi təfərrüatı məlum olub.
Bizim Media xəbər verir ki, hadisə sentyabrın 10-da baş verib.
2017-ci il təvəllüdlü Ayşən Azər qızı Abbasova Gəncə şəhəri Ozan küçəsində küçədə oynayarkən yolu bir istiqamətdən digər istiqamətə qaçaraq keçmək istəyib. Həmin vaxt küçədə velosipedlə hərəkətdə olan 2011-ci il təvəllüdlü Həbib Vüqar oğlu Allahverdiyev döngədən çıxaraq azyaşlıya çırpılıb. Hadisə nəticəsində velosipedin pedalı A.Abbasovanın gözünə batıb.
A.Abbasova kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 11 Sentyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















