Venesuela ABŞ ın qarşısına onu çıxarır Yeni prezidentlə bağlı ilginc taktika
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son günlər beynəlxalq səviyyədə baş verən hadisələr qlobal güclər arasında yeni və gizli razılaşmaların ola biləcəyi ehtimalını gündəmə gətirib.
Bəzi analitiklərə görə, Rusiya və ABŞ arasında geosiyasi maraqların yenidən bölüşdürülməsi fonunda qeyri-rəsmi “mübadilə” ssenariləri müzakirə olunur. Bu yanaşmaya əsasən, Moskvanın Latın Amerikasında, xüsusilə Venesuelada mövqelərini yumşaltması qarşılığında Ukrayna məsələsində daha sərbəst hərəkət etmək imkanı əldə etdiyi iddia edilir.
İddialar nə dərəcədə realdır? Belə bir razılaşma hansı əsaslarla mümkün ola bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, ABŞ rəsmilərinin verdiyi açıqlamalar Rusiya ilə razılaşmaların olma ehtimalını istisna etmir.
“Venesuela Prezidenti Nikolas Maduronun oğurlanması ilə hər şey bir anda ABŞ-nin lehinə çevrilməyib. Ciddi istimai dəstəyə malik olan siyasətçilər Edmundo Qonzales və Maria Korina Maçado Avropa İttifaqı (Aİ) tərəfindən dəstəklənir. Aİ rəsmiləri ilə, ABŞ Prezidenti Donald Trampın Venesuela ilə bağlı yanaşmaları arasında yeganə uyğunluq Maduronun legitim dövlət başçısı kimi tanınmamasıdır. Amma, Vaşinqton Venesuelanın hazırki dövlət başçısı Delsi Rodriqeslə işləməkdə maraqlı olduğu halda, Avropa İttifaqı müxalifət liderlərinin prosesdə yer almasının vacibliyinin üzərində dayanır. Birbaşa ABŞ-ın maraqlarına qarşı çıxılmasa da, dolayısı ilə Avropa İttifaqı Venesuelada maraqlarının nəzərə alınması üçün çalışacaqlarının mesajını verir.
Digər tərəfdən burada Çinin və digər Latın Amerikası ölkələrinin maraqlarına da zərbə vurulub. Bu isə Venesuelada Madurosonrası dönəmdə xaos üçün perspektivlərin olması deməkdir. Əlbəttə, ABŞ bu prosesləri çox yaxşı hesablayıb. Ona görə də, hesab edirəm ki, Vaşinqton bunların baş verməməsi üçün Rusiyanın dəstəyinə ehtiyac duya bilər. Yəni, Ukraynada Rusiyaya daha ciddi və həlledici dəstək verməklə Venesuelanın güzəştə gedilməsi ehtimalı var.
ABŞ rəsmilərinin verdiyi açıqlamalar mənzərəni daha da aydınlaşdırır. Açıq şəkildə bildirilir ki, Amerika qitəsi ABŞ-ın maraq dairəsindədir. Burada Çinə və Rusiya başda olmaqla bütün dünyaya Amerika qitəsində heç bir gücü qəbul etməyəcəyinin mesajını verir. Tramp Moskva ilə bu istiqamətdə müzakirələrin aparılacağını deməklə Rusiya ilə sövdələşmələrin olacağına, yaxud olduğuna işarə etdi. Amma Çinlə heç bir müzakirəyə ehtiyac duyulmadığını önə çəkdi. Bu faktorlara, yəni Venesuelada kənar təsirlər üçün ciddi rıçaqların olmasına görə Vaşinqton Rusiyanın dəstəyinə ehtiyac duyur”.
Əli Zülfüqaroğlu
Ekspert qeyd edib ki, ABŞ rəsmiləri, diplomatik etiket qaydaları və siyasi əxlaq kimi anlayışlar yaxşı səslənsə də, dünya nizamını faktiki olara gücün müəyyən edəcəyini bildirirlər:
“Yəni bu yanaşma beynəlxalq hüququn faktiki çöküşünün və dövlətlərarası münasibətlər sistemini tənzimləyən beynəlxalq təşkilatların funksionallığının tamamilə itirildiyinin rəsmi elanı deməkdir. Bunu da indiyə qədər beynəlxalq hüququn qarantı kimi özünü təqdim edən ABŞ-ın yüksək səviyyəli rəsmiləri elan edir. Yəni ABŞ, yalnız güclə hesablaşdığını deməklə, Rusiya ilə bağlı mövqeyini ifadə etmiş olur.
Ona görə də, bu proses dünya siyasətinə ciddi şəkildə təsir edəcək. Mənfi presedentlə yanaşı, prosesin Ukrayna, Avropa İttifaqı və Çinə birbaşa aidiyyəti var. Avropa İttifaqı müxalifət liderləri vasitəsilə Venesuelada ABŞ-a təzyiq etməklə, Vaşinqtonun Aİ və Ukrayna siyasətində dəyişiklik etməsinə, Rusiya isə Vaşinqtonla sövdələşməyə gedərək Ukrayna və bölgə, Çin isə Tayvan məsələsi ilə bağlı öz maraqlarının təmin olunmasına çalışacaq. Bu isə geosiyasi vəziyyəti daha da mürəkkbələşdirəcək. Ona görə də dünyanı daha təhlükəli proseslər və böhran gözləyir”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 07 Yanvar 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















