Venesuela ABŞ yə diplomatik missiya göndərir Dialoq başladı
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Venesuela hökuməti diplomatik münasibətlərin bərpası məqsədilə ABŞ ilə dialoq kanallarının yenidən açıldığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Venesuelanın Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanan bəyanatda Bolivar hökumətinin sülh diplomatiyasına sadiqliyi vurğulanıb.
Bildirilib ki, tərəflər arasında əlaqələrin normallaşdırılması üçün qarşılıqlı dialoq prosesinə start verilib.
Bəyanatda ABŞ-nin beynəlxalq hüququ pozan hərbi müdaxilələri nəticəsində çoxsaylı vətənpərvər şəxsin həyatını itirdiyi qeyd olunub və Venesuelanın bu addımlara diplomatik yollarla cavab verəcəyi bildirilib.
Qeyd edilib ki, “Bolivar Sülh Diplomatiyası” suverenliyin qorunması, beynəlxalq hüququn bərpası və sülhün təmin edilməsi üçün yeganə qanuni yoldur.
Eyni zamanda, açıqlamada ABŞ Dövlət Departamentinin diplomatik nümayəndə heyətinin texniki və logistik qiymətləndirmələr aparmaq məqsədilə Venesuelaya səfər etdiyi, Venesuela diplomatik missiyasının isə fəaliyyətini bərpa etmək üçün ABŞ-yə göndəriləcəyi qeyd olunub.
Xatırladaq ki, Karakasın Baruta rayonunda yerləşən ABŞ səfirliyi iki ölkə arasında diplomatik münasibətlərin 2019-cu ildə kəsilməsindən sonra fəaliyyətini dayandırıb. ABŞ tərəfi daha əvvəl səfirliyin yenidən açılması imkanlarını dəyərləndirmək üçün Karakasa nümayəndə heyəti göndərdiyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 10 Yanvar 2026 08:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















