Venesuela Kolumbiya ilə aviareysləri dayandırdı
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Venesuela "terrorizm təhdidi" səbəbilə Kolumbiya ilə bütün aviareyslərin müvəqqəti dayandırıldığını açıqlayıb.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Daxili işlər naziri Diosdado Kabelyo, Kolumbiyadan ölkəyə muzdluların daxil olduğunu bildirib.
O, 25 may seçkiləri öncəsi təhlükəsizlik tədbirləri görüldüyünü deyib. Kabelyo Kolumbiyadan zorakılıq və terrorla əlaqəli şəxslərin ölkəyə keçdiyini iddia edib. Bu səbəbdən uçuşların dərhal dayandırılması əmri verilib.
17-si əcnəbi olmaqla 38 nəfərin saxlanıldığı açıqlanıb. Saxlanılanlar arasında Kolumbiya, Meksika və Ukrayna vətəndaşları da var. Nazir, bəzi sabiq Kolumbiya prezidentlərini ölkədə təxribat hazırlamaqda ittiham edib. Səfirliklərə, xəstəxanalara və digər obyektlərə hücum planları barədə kəşfiyyat məlumatlarının daxil olduğu bildirilib.
Kabelyo, müxalif lider Maria Korina Maçadonu da terror fəaliyyətlərinə dəstək verməkdə günahlandırıb. Venesuelada 25 mayda parlament və valilik seçkiləri keçiriləcək. Səsvermə Esekibo bölgəsini də əhatə edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 20 May 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















