Venesuela millisinin kapitanı zəlzələ qurbanı oldu
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Venesuela voleybol millisinin kapitanı Vilner Rivas ölkədə baş verən dağıdıcı zəlzələ zamanı həyatını itirib.
Məlumata görə, 31 yaşlı idmançı təbii fəlakət nəticəsində həyat yoldaşı və oğlu ilə birlikdə həlak olub. Onun iyunun 27-dən etibarən itkin düşdüyü bildirilsə də, sonradan faciəvi xəbər rəsmən təsdiqlənib.
Hadisə ilə bağlı Venesuela Voleybol Federasiyası rəsmi açıqlama yayaraq Vilner Rivasın vəfatından dərin kədər hissi keçirdiklərini bildirib. Federasiya idmançının ailəsinə, yaxınlarına və komanda yoldaşlarına başsağlığı verib.
Qeyd edək ki, Vilner Rivas növbəti mövsümdən etibarən İspaniyanın "Quaqas" klubunun formasını geyinməyə hazırlaşırdı.
Xatırladaq ki, Venesuelada iyunun 24-də baş verən güclü zəlzələ ölkədə ağır fəsadlara səbəb olub. Ardıcıl qeydə alınan 7,2 və 7,5 bal gücündə yeraltı təkanlar nəticəsində minlərlə insan həyatını itirib, çox sayda yaşayış məntəqəsi ciddi zərər görüb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 07 İyul 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















