Venesuela nefti üçün gedən Çin supertankerləri əliboş geri dönüblər...
Icma.az bildirir, Sia Az portalına istinadən.
...Reuters agentliyinin neftin qiyməti və enerji bazarı məlumatları üzrə qlobal təchizatçı olan LSEG-ə istinadən verdiyi məlumata görə, Çin bayrağı altında Venesuelaya xam neft daşımaq üçün gedən iki supertanker geri dönüblər.
Bu, ABŞ-ın Venesuelaya qarşı davam edən blokadasını və əsas alıcısına neft sata bilməməsini göstərir.
Sanksiyalara məruz qalmayan çox böyük neft tankerləri Xingye və Thousand Sunny həftələrlə Atlantik okeanında lövbər salıblar.
Bu gəmilər xam neftin daşınması üçün yalnız Venesuela-Çin marşrutundan istifadə edən üç supertanker qrupunun bir hissəsidir.
SİA xəbər verir ki, nəşrin qeyd etdiyi kimi, Venesuela borcunu ödəmək üçün Çinə neft satır.
ABŞ-ın 2019-cu ildə Venesuelaya enerji sanksiyaları tətbiq etməsindən sonra Çin ölkəyə əhəmiyyətli bir kredit ayırıb. Çin kapital ödənişləri üçün güzəşt müddəti verib və Karakasla müvəqqəti razılaşma əldə edib ki, bu müqaviləyə əsasən borc xidməti xam neft yükləri ilə kompensasiya ediləcək(di?). Venesuelanın dövlətə məxsus neft və qaz şirkəti PDVSA bildirib ki, Çin ötən il onun bir nömrəli alıcısı olub və gündə təxminən 642.000 barel və ya ümumi ixrac həcminin dörddə üçünü ixrac edib.
Məqalədə deyilir ki, “Çinə ixrac edilən bu məhsulların böyük hissəsi az tanınan vasitəçilər tərəfindən ticarət edilən müstəqil Çin neft emalı zavodlarına gedib, borcların ödənilməsi üçün Çinə göndərilən xam neft yükləri isə ümumi həcmin kiçik bir hissəsini təşkil edib”.
Nəşr qeyd edir ki, ötən həftə ABŞ anbarlarda ilişib qalmış 50 milyon barelə qədər Venesuela neftinin ixracı ilə bağlı razılaşma elan edib.
Qeyd edilməlidir ki, ABŞ prezidenti Donald Tramp Çinin Venesuela xam neftindən kəsilməyəcəyini bildirib. Lakin Vaşinqtonun neft embarqosunun qüvvədə qaldığını iddia etdiyi üçün Çin ötən aydan bəri Venesueladan heç bir yük almayıb.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 13 Yanvar 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















