Icma.az
close
up
RU
Venesuela və digər 8 ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirib

Venesuela və digər 8 ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirib

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Venesuela Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında səsvermə hüququnu itirib.

"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə Baş Assambleyası Prezidentinin sözçüsü Şaron Birç bildirib.

Sözçü qeyd edib ki, məsələ BMT Nizamnaməsinin 19-cu maddəsi ilə tənzimlənir. Maddəyə əsasən, üzv dövlətin təşkilata maliyyə öhdəlikləri üzrə borcu əvvəlki iki tam ilin üzvlük haqlarının məbləğinə bərabər və ya ondan artıq olarsa, həmin ölkə Baş Assambleyada səsvermə hüququndan məhrum edilir.

Birç vurğulayıb ki, burada əsas meyar sadəcə gecikmə deyil, iki il ərzində faktiki olaraq heç bir ödəniş edilməməsidir. Əgər ölkə borcunun bir hissəsini ödəyərsə, bu məbləğ ən köhnə borclara tətbiq olunur və bu halda səsvermə hüququ qorunub saxlanıla bilər. Eyni zamanda, ölkə ödəniş edə bilməməsinin onun nəzarətindən kənar çətinliklərlə bağlı olduğunu sübut edə bilsə, Baş Assambleya istisna tətbiq edə bilər.

Xatırladaq ki, məsələ BMT Baş katibi Antoniu Quterreşin 17 fevral 2025-ci il tarixli və Baş Assambleya Prezidentinə ünvanlanmış rəsmi məktubunda da əksini tapıb. Sənəd Baş Assambleyanın 11-ci fövqəladə xüsusi sessiyası çərçivəsində yayımlanıb.

Məktubda qeyd olunur ki, hazırda 9 üzv dövlət 19-cu maddə çərçivəsində borclu sayılır. Həmin ölkələr borclarını son iki ilin ümumi ödəniş məbləğindən aşağı səviyyəyə endirmək üçün minimum ödəniş etməlidirlər. Siyahıda Əfqanıstan, Boliviya, Kabo-Verde, Konqo, Ekvador, Qrenada, Qvineya-Bisau, San-Tome və Prinsipi, Venesuela (Bolivar Respublikası). Sənədə əsasən, Venesuelanın borcunu tələb olunan həddən aşağı salmaq üçün etməli olduğu minimum ödəniş 115 702 476 ABŞ dollarıdır. Qeyd olunur ki, San-Tome və Prinsipi ilə bağlı Baş Assambleya ayrıca qərarla müəyyən müddətə səsvermə hüququnun saxlanmasına icazə verib, lakin Venesuela ilə bağlı belə istisna göstərilmir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Fevral 2026 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri