“Venesuelada baş verənlər Belarus üçün dərs olmalıdır”
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin kəşfiyyat məlumatlarına istinadən Rusiyanın Belarusu yenidən münaqişəyə cəlb etmək üçün fəal hazırlıq gördüyünü açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Zelenski öz “Telegram” kanalında Ukraynaya gedən yolların genişləndirildiyi və Belarusun sərhəd zonasında artilleriya mövqelərinin qurulduğu barədə iddiaları paylaşıb.
Ukrayna lideri Belarusun faktiki rəhbərliyinə müvafiq kanallar vasitəsilə ciddi xəbərdarlıq göndərildiyini qeyd edib:
“Tapşırdım ki, Belarus rəhbərliyi Ukraynanın öz torpağını və müstəqilliyini müdafiə etməyə tam hazır olması barədə məlumatlandırılsın. Venesuelada baş verən son hadisələrin nəticələri Belarus hakimiyyəti üçün bir dərs olmalı və onları “səhv addımlardan” çəkindirməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 17 Aprel 2026 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















