Venesuelada dəhşətli zəlzələ Xeyli sayda itki var
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Venesuelada yerli vaxtla 24 iyun axşamı bir dəqiqə ərzində iki güclü zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların birincisi 7,2, ikincisi isə 7,5 bal gücündə olub.
Zəlzələnin episentri şimaldakı Yaracuy əyalətində olub.
Venesuela hakimiyyəti hələlik ölən və yaralananların sayını açıqlamasa da, yerli KİV xeyli sayda itki olduğunu bildirir.
Venesuelanın müxtəlif yerlərində, o cümlədən paytaxt Karakas və liman şəhəri La Quayrada evlər və digər binalar dağılıb. Elektrik xətləri və su təchizatı sistemləri zədələnib. Karakas hava limanı binasına ziyan dəydiyi üçün fəaliyyətini dayandırıb. Dəmir yolu nəqliyyatı müvəqqəti olaraq dayandırılıb.
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqez ölkədə fövqəladə vəziyyət elan edib.
Televiziyada yayımlanan xüsusi müraciətində Rodriqez axtarış-xilasetmə əməliyyatına və qurbanlara kömək prosesinə rəhbərlik etmək üçün yüksək səviyyəli işçi qrupunun yaradıldığını bildirib.
Bu mövzuda digər xəbərlər:Venesuelada xeyli kubalı öldürüldü Tramp
06 Yanvar 2026 20:20
Venesuelada xeyli sayda siyasi məhbus azadlığa buraxılır VİDEO
08 Yanvar 2026 22:52
Venesuelada zəlzələ ölənlər var
25 İyun 2026 08:48
Venesuelada da zəlzələ oldu
12 May 2025 08:12
Venesuelada yenidən ZƏLZƏLƏ OLDU
10 İyul 2026 22:59
Baxış sayı:139
Bu xəbər 25 İyun 2026 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















