Venesuelada talançılıqda ittiham olunan dörd polis saxlanılıb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
Venesuelanın hakimiyyət orqanları La-Quayra ştatında zəlzələ nəticəsində dağılmış binaların dağıntıları altında tapılan əşyaları mənimsəyən dörd polis əməkdaşını saxlayıb.
AZƏRTAC “Europa Press” agentliyinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları vəzifələrindən azad ediliblər və yaxın zamanlarda məhkəmə qarşısına çıxarılacaqlar. Yerli media əvvəllər də La-Quayra ştatında çoxsaylı talançılıq halları barədə məlumat vermişdi.
Xatırladaq ki, iyunun 24-də Venesuelada iki güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, birinci zəlzələnin gücü 7,2, ikincisi isə 7,5 bal olub. Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 1943 nəfərə çatıb, 10 mindən çox insan isə xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 01 İyul 2026 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















