Venesuelada zəlzələ qurbanlarının sayının on minlərlə olacağı ehtimal edilir
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Venesuelada baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində xilasetmə işləri davam edir.
Sherg.az xəbər verir ki, yerli "Globovision" telekanalının jurnalisti İvan Barreto TASS-a bildirib ki, son məlumata görə, təbii fəlakət nəticəsində həlak olanların sayı 1430 nəfərə çatıb. Lakin dağıntılar altında qalanların çoxluğu səbəbindən bu rəqəmin on minlərlə ola biləcəyi istisna edilmir.
Onun sözlərinə görə, xilasedicilər hazırda uçmuş çoxmərtəbəli binaların dağıntıları altında axtarış-xilasetmə əməliyyatları aparırlar. Ən ağır vəziyyət isə La-Quayra ştatında müşahidə olunur.
Barreto bildirib ki, bölgədə çoxlu sayda bina dağılıb və axtarış işləri davam etdikcə qurbanların sayının xeyli artacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 28 İyun 2026 07:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















