Venesuelada zəlzələ zamanı ölənlərin sayı artdı KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Venesuelada dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 4 734 nəfərə çatıb.
KONKRET.az “Report”a istinadən xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes özünün “Telegram” kanalında məlumat yayıb.
Onun dərc etdiyi gündəlik hökumət məlumatına əsasən, 16 740 nəfər yaralanıb, 17 907 sakin evsiz qalıb. 190 bina tamamilə dağılıb, daha 856 bina ciddi ziyan görüb. Axtarış-xilasetmə əməliyyatı zamanı 6 462 nəfər xilas edilib. 33 652 zərərçəkənə tibbi yardım göstərilib, 128 324 ailəyə yardım edilib. Müvəqqəti düşərgələrdə 20 903 nəfər yerləşdirilib, zərərçəkənlərə 10 min tondan çox ərzaq çatdırılıb.
Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə intervalla 7,2 və 7,5 maqnitudalı iki zəlzələ baş verib. Əsas yeraltı təkanlardan sonra 1 275 afterşok qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 15 İyul 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















