Venesuelanın paytaxtında növbəti yeraltı təkan baş verib
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Karakas sakinləri bazar ertəsi səhər evlərini silkələyən təkrar yeraltı təkan nəticəsində yuxudan oyanıblar.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, bazar ertəsi səhər tezdən Venesuelanın paytaxtı Karakasın şimalında episentri 10 kilometr dərinlikdə yerləşən 4,6 maqnitudalı afterşok qeydə alınıb.
Milli Assambleyanın sədri Xorxe Rodriges sosial şəbəkələrdə bildirib ki, yeraltı təkanlar nəticəsində hər hansı dağıntı barədə məlumat daxil olmayıb. Xilasetmə işləri əsasən ölkədə uzun müddətdir mövcud olan dərin siyasi və iqtisadi böhrandan ən çox zərər çəkmiş La-Quayra ştatında aparılır.
Çərşənbə günü baş vermiş iki zəlzələ nəticəsində 1500-ə yaxın insanın həlak olduğu təsdiqlənib, yüzlərlə bina dağılıb.
Fəlakətdən sonra beynəlxalq ictimaiyyət Venesuelaya yardım etmək üçün səylərini birləşdirib. Hakimiyyət orqanlarının məlumatına görə, ölkəyə 24 dövlət 500 tondan çox humanitar yük, 2700-dən çox xilasedici və yardımçı heyət, eləcə də təxminən 86 kinoloji qrup göndərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 29 İyun 2026 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















