Vens: ABŞ İranın dünya iqtisadiyyatına qayıdışını dəstəkləməyə hazırdır
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ABŞ-İran münasibətlərindəki 47 illik böhranın fəsadlarını aradan qaldırmağa çalışır, lakin bu prosesin uğuru Tehranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olmasından asılıdır.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens CBS telekanalına bildirib.
"Düşünürəm ki, prezident ABŞ və İran arasında 47 illik uğursuz münasibətlərin nəticələrini aradan qaldırmağa çalışır. Lakin bunun üçün İran tərəfi razılaşmaların özünə aid hissəsini həqiqətən yerinə yetirməlidir", - Vens deyib.
O qeyd edib ki, əldə olunan razılaşma İran üçün beynəlxalq ictimaiyyətlə tamhüquqlu iqtisadi əməkdaşlığa qayıtmaq imkanı yaradır.
"Razılaşma faktiki olaraq İrana əl uzadır və deyir: əgər siz öz öhdəliklərinizi yerinə yetirməyə və nüvə proqramınızın real inspeksiyasına icazə verməyə hazırsınızsa, o zaman biz sizin dünya iqtisadiyyatına qayıdışınızı alqışlamağa hazırıq", - ABŞ-nin vitse-prezidenti bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 15 İyun 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















