Vens Britaniya XİN rəhbərini cərimələtdi Qanunsuz balıq ovu nazirə baha başa gəldi
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ABŞ-nin vitse-prezidenti C. D. Venslə birlikdə özünə məxsus malikanənin həyətindəki göldə lisenziyasız balıq tutduğuna görə 2500 funt-sterlinq (təxminən 3394 ABŞ dolları) məbləğində cərimələnə bilər.
Hadisə Vensin Böyük Britaniyaya işgüzar tətil çərçivəsində səfəri zamanı baş verib. KİV nümayəndələri iki siyasətçinin balıq ovunu görüntüləyiblər.
Qanunvericiliyinə görə, balıq ovu zamanı hər kəs – ərazinin sahibi olub-olmamasından və balıq tutub-tutmamasından asılı olmayaraq xüsusi lisenziyaya sahib olmalıdır. Məlumata görə, Lemmi həmin gün ümumiyyətlə balıq tuta bilməyib.
XİN nümayəndəsi bildirib ki, Lemmi “inzibati səhvi” dərhal etiraf edib, Ekologiya Agentliyinə rəsmi məktub göndərib və artıq balıq ovu üçün tələb olunan lisenziyanı alıb.
Vitse-prezident Vens isə hazırda həyat yoldaşı və övladları ilə birlikdə İngiltərədə dincəlir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 14 Avqust 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















