Vens gələn il prezidentliyə namizədliyini Tramp ilə müzakirə etməyə hazırdır
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, "Fox News" telekanalına verdiyi müsahibədə Vensdən soruşublar ki, 2028-ci il prezident seçkilərində dövlət başçısı postuna iddia etmək barədə düşünübmü. O cavab verib: “Biz aralıq seçkilərdə qələbə qazanacağıq, bunun üçün əlimizdən gələni edəcəyik. Ondan sonra mən Birləşmiş Ştatların prezidenti ilə oturub bu məsələni müzakirə edəcəyəm,” — deyə Vens bildirib. O əlavə edib ki, hazırda diqqətini mövcud vəzifəsindəki işinə yönəldir: “Əlbəttə ki, aralıq seçkilərdən sonrasını düşünmüşəm. Amma çalışıram bu fikirləri bir kənara qoyum və özümə xatırladım ki, məni amerikalı vətəndaşlar hazırkı vəzifəmə seçiblər və mən işimi görməliyəm. Gələcəklə bağlı düşüncələrə qapılmaq insanı cari işindən yayındırır və daha pis nəticələrə səbəb olur”, — deyə o qeyd edib.
ABŞ Konqresinə aralıq seçkilər 3 noyabr 2026-cı ildə keçiriləcək. Bu seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü yenilənəcək. Hazırda Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir.
ABŞ prezidenti daha əvvəl bəyan etmişdi ki, yenidən prezident seçkilərində iştirak etməyi düşünmür və özünün mümkün siyasi varisi barədə dəqiq açıqlama verməkdən imtina edib. O bildirib ki, Respublikaçılar Partiyasında güclü namizədlər var — Ceyms Devid Vens, ABŞ dövlət katibi Marko Rubio və başqaları.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 14 Noyabr 2025 07:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















