Icma.az
close
up
RU
Vens: “Kiyev zəmanət, Rusiya isə ərazilər istəyir”

Vens: “Kiyev zəmanət, Rusiya isə ərazilər istəyir”

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində belə deyib.
“Nəhayət ki, biz detalları aldıq. Biz onların üzərində işləyirik, lakin hələ hər şeyi düşünməmişik. Ukrayna təhlükəsizlik zəmanəti tələb edir, Rusiya isə Ukraynanın müəyyən ərazilərini istəyir. Lakin Ukrayna prezidenti Volodimir Zelenski ərazilərlə bağlı məsələni yalnız Vladimir Putinlə müzakirə edəcəyini bildirib”, - ABŞ-nin vitse-prezidenti vurğulayıb.
Vens bildirib ki, Vaşinqton və onun müttəfiqləri Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləməkdə davam edir, lakin onları hələ işləyib hazırlamayıblar. Onun sözlərinə görə, ABŞ nəyin lazım olduğunu anlamayınca, öz üzərinə Ukrayna üçün heç bir təhlükəsizlik zəmanəti götürməyəcək.
Siyasətçi gələcək zəmanətlərin “əhəmiyyətli hissəsini” məhz avropalıların öz üzərinə götürməli olacaqlarını bir daha diqqətə çatdırıb.
- Mən düşünmürəm ki, burada biz o yükü daşımalıyıq. Prezident, şübhəsiz ki, Avropanın burada liderlik edəcəyini gözləyir. Hansı formada olursa olsun, avropalılar yükün ən böyük hissəsini öz çiyinlərinə götürməli olacaqlar. Bu, onların qitəsidir, bu onların təhlükəsizliyidir və prezident aydın şəkildə bəyan etdi ki, onlar burada irəli addım atmalı olacaqlar”, - “Reuters” agentliyi Vensin bəyanatından sitat gətirir.
O, həmçinin deyib ki, Rusiya “əksəriyyətini işğal etdiyi, lakin müəyyən hissəsinə yiyələnə bilmədiyi” Ukrayna ərazisinin bir hissəsini istəyir. Rusiya və Ukrayna liderləri üzbəüz görüşdə ərazi və təhlükəsizlik məsələlərində razılığa gələ bilərlər.
- Düşünürəm ki, bürokratik prosesdən keçilsə, “bəli” cavabını alacaqsınız. Bəzən üz-üzə oturan liderlər komandalarının həmişə keçə bilmədiyi çıxılmaz vəziyyətdən çıxa bilirlər”, - ABŞ-nin vitse-prezidenti Putin və Zelenskinin üzbəüz görüş zamanı sülh sazişinin əsas detallarını müzakirə edib razılaşdıra bilməsi barədə sualın cavabında vurğulayıb.
Politico: “Ukraynaya qoşun göndərilməsi çətin olacaq” | VİDEO Cey Di Vens Vladimir Putinlə telefon əlaqəsindən danışarkən Rusiya liderin “hər şey hesablayan” siyasətçi kimi qiymətləndirib. Siyasətçi qeyd edib ki, Putinlə heç vaxt şəxsən görüşməyib, lakin onunla bir neçə dəfə telefonla danışıb.
“Amerika mediasında onun haqqında müəyyən təsəvvür var. Ünsiyyətdə özünəməxsus qaydada yumşaq və hər şeyi çox yaxşı hesablayan adamdır. Çox ehtiyatlıdır. Putinin Rusiyanın maraqlarını gördüyü kimi düşünən bir siyasətçidir”, - ABŞ-nin vitse-prezidenti söyləyib.
Xatırladaq ki, Qərbdəki bəzi media qurumları daha əvvəl mənbələrə istinadən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak etmək niyyətində olan ölkələrin liderlərinin milli təhlükəsizlik müşavirləri gələn həftə ərzində müzakirə üçün plan hazırlamaq niyyətində olduqlarını yazmışdılar.
Onların iddiasına görə, zəmanətlər dörd komponentdən ibarət olacaq: hərbi mövcudluq, hava hücumundan müdafiə, silahlar və hərbi əməliyyatların dayandırılmasına nəzarət.
Lakin Rusiyanın Xarici İşlər nazirliyi Moskvanın NATO qoşunlarının Ukraynada yerləşdirilməsi ilə bağlı istənilən ssenarinin əleyhinə olduğunu açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Avqust 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri