Vens Trampın təhdidi barədə DANIŞDI
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, ABŞ Prezidenti Donald Tramp brifinq zamanı özünü həddindən artıq yaxşı göstərəcəyi təqdirdə onu Ağ Evin mətbuat katibi təyin etməklə “hədələyib”.
Redaktor.az xəbər verir ki, Vens bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Bunu ehtiyatla et. Yaxşı çıxış etməyini istəyirəm, amma həddindən artıq yaxşı çıxış etsən, səni mətbuat katibi təyin edə bilərəm”, - deyə Vens Trampın sözlərini sitat gətirib.
Qeyd edək ki, bundan əvvəl Ağ Evin mətbuat katibi Karolin Levittin vəzifədən ayrılmasının ABŞ administrasiyası üçün gözlənilməz olduğu bildirilib. Onun bu qərarı ailəsinə daha çox vaxt ayırmaq istəyi ilə əlaqələndirilib.
Bununla yanaşı, ABŞ administrasiyası jurnalistlərlə ünsiyyət vəzifəsinin kabinet üzvləri arasında bölüşdürülməsi imkanını nəzərdən keçirir. Belə praktikadan Levitt analıq məzuniyyətində olduğu dövrdə də istifadə olunub.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 03 Sentyabr 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















