Vensdən Netanyahu açıqlaması: “İsrail seçkilərinə müdaxilə etmirəm”
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
ABŞ-ın vitse-prezidenti JD Vens İsraildə keçiriləcək seçkilərə müdaxilə etməyəcəklərini bildirib.
Turkustan.az xəbər verir ki, bu açıqlama ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Binyamin Netanyahunun yenidən seçilməsini dəstəklədiyini elan etməsindən sonra səsləndirilib.
Jurnalist Mark Halperinə danışan Vens Trampın Netanyahuya dəstəyini şərh edərək deyib: “Prezident ABŞ və ya beynəlxalq siyasi tarixdə ən təsirli dəstəyə malikdir”.
Vens noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkilərə diqqət yetirdiyini vurğulayıb: “Mən amerikalı namizədləri dəstəkləyirəm və diqqətimi aralıq seçkilərə yönəldirəm. Buna görə də İsrail seçkilərinə müdaxilə etmirəm”.
Vens ötən il Macarıstanın Baş naziri Viktor Orbanı dəstəkləmişdi. Lakin Orbanın sağçı partiyası ölkədə keçirilən parlament seçkilərində məğlub olub.
ABŞ-ın vitse-prezidenti iyun ayında İsrail hökumətinin bəzi üzvlərini Trampın İranla müharibəni dayandırmaq səylərinə qarşı çıxdıqlarına görə sərt tənqid etmişdi. O, iyul ayında isə İsrail hökumətindəki bəzi qüvvələrin danışıqları pozmaq məqsədilə ABŞ ictimai rəyinə təsir göstərməyə çalışdığını bildirmişdi.
Qeyd edək ki, Donald Tramp oktyabrın 27-də İsraildə keçiriləcək seçkilərdə Binyamin Netanyahunu dəstəklədiyini açıqlayıb.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 20 Oktyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















