Icma.az
close
up
RU
Vensin Bakıya tarixi səfəri: Münasibətlər yeni müstəvidə

Vensin Bakıya tarixi səfəri: Münasibətlər yeni müstəvidə

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri ikitərəfli münasibətlərlə yeni siyasi dövrün başlanğıcı hesab edilir.

Ağ Evin ikinci şəxsisnin regiona səfəri Azərbaycan-ABŞ münasibətlərində xeyli müddətdir, xüsusilə Demokratlar Partiyasının hakimiyyətdə olduğu müddətdə davam edən siyasi passivliyin daha aktiv mərhələyə keçməsi kimi qiymətləndirilə bilər. 

Bu baxımdan, Vensin İrəvanda, bir gün sonra isə Bakıda imzaladığı sənədlər və verdiyi mesajlar regional proseslərdə ABŞ-nin liderliyi ilə yeni konyukturun formalaşmasından xəbər verir.

Qeyd edilən kontekstdə Tramp administrasiyasının Azərbaycanla strateji tərəfdaşlığa xüsusi yer ayırması diqqəti cəlb edir. Son vaxtlar ABŞ-nin həm Yaxın və Orta Şərqlə bağlı, həmçinin də Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətini koordinasiyalı şəkildə həyata keçirməsi Vaşinqtonun xarici siyasət vektorunu daha aydın göstərir.

Qeyd edək ki, Donald Tramp 2024-cü ildə prezident seçildikdən sonra onun Cənubi Qafqazla, o cümlədən Azərbaycanla bağlı siyasətinin necə olacağı barədə xeyli suallar səslənmişdi.

2025-ci il avqustun 8-də Prezident Trampın iştirakı ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, eyni zamanda “TRIPP layihəsi”nin, yəni Zəngəzur dəhlizinin açılmasına dair razılaşmanın imzalanması bu suallara cavab verdi. 

Tramp administrasiyası və Respublikaçılar Partiyası Cənubi Qafqazda sülhün, sabitliyin  və kommunikasiyaların açılmasının tərəfdarıdır. Bu baxımdan, ABŞ Avropanı Mərkəzi Asiya və Çinlə əlaqələndirən, əhəmiyyətinə görə “Quru Süveyş yolu” adlandırılan “Orta dəhliz”ə böyük maraq göstərir.

Bu nəqliyyat-tranzit dəhlizinin Zəngəzurdan keçən əsas arteriya damarına “Tramp marşrutu” adının verilməsi ABŞ-nin bölgəyə nə qədər strateji əhəmiyyət verdiyini təsdiq edir. Vaşinqtonun Cənubi Qafqaza və Mərkəzi Asiyaya vahid geosiyasi və geoiqtisadi məkan kimi yanaşması müşahidə olunur.

Bu da həm Cənubi Qafqazın, həm də Mərkəzi Asiyanın vahid nəqliyyat-ticarət dəhlizi üzərində yerləşməsi ilə bağlıdır. Ötən ilin oktyabr ayında Mərkəzi Asiyanın 5 dövlət başçısının Prezident Tramp tərəfindən Vaşinqtonda qəbul edilməsi bunu təsdiq edir. Vensin səfəri ABŞ-nin Avrasiya siyasətinin mərkəzində Azərbaycana xüsusi yer ayırdığını göstərir. 

Bu, ilk növbədə, Azərbaycanın coğrafi mövqeyi ilə izah oluna bilər. Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiyanın qarşılıqlı tranzit əlaqəsini təmin edən “Trans-Xəzər” nəqliyyat dəhlizinin üzərində yerləşir. Həmçinin, şimal-cənub nəqliyyat dəhlizi Azərbaycandan keçir.

Ona görə də Vensin səfəri Cənubi Qafqaz və Mərkəzi Asiya xətti, yaxud “Orta dəhliz” üzərində geosiyasi balansın dəyişməsi kimi başa düşülə bilər. Ermənistan Rusiyanın hərbi müttəfiqi olduğuna və Kremlin təsir dairəsindən çıxa bilmədiyinə görə regional proseslərə təsir imkanı mövcud deyil. 

Bu mənada, ABŞ-nin İrəvandan ciddi gözləntiləri yoxdur. Tramp adminİstrasiyasının Azərbaycanla əməkdaşlığa maraq göstərməsi rəsmi Bakının müstəqil xarici siyasət yürütməsi və regional sabitliyə şərait yaradan tarazlığı təmin etmək bacarığı ilə bağlıdır. 

Azərbaycan Cənubi Qafqazda maraqları olan Rusiya ilə müttəfiqlik münasibətləri haqqında saziş, Türkiyə ilə strateji hərbi müttəfiqlik, Çinlə strateji tərəfdaşlıq sazişi, Pakistanla strateji hərbi müəttəfiqlik, Avropa İttifaqı ilə Enerji sahəsində  Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. 

Vensin Bakıya səfəri zamanı dünyanın birinci fövqəlgücü olan ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycanın mövqeyini daha gücləndirə bilər. Çünki sözügedən xartiya ABŞ-nin regional proseslərdə Azərbaycanı vacib tərəfdaşı kimi tanıması deməkdir.

Eyni zamanda, belə bir sənəd Azərbaycanın milli və strateji təhlükəsizliyinə qarşı təhdidlərə qarşının alınması kontekstində mühüm əhəmiyyət daşıyır. Vensin səfəri fonunda imzalanmış sənədlər perspektivdə Azərbaycan iqtisadiyyatına, müdafiə sənayesinə yeni investisiyaların və müasir texnologiyaların cəlb edilməsini nəzərdə tutur.

Bu məsələdə Azərbaycanla yanaşı, ABŞ-nin də maraqlı olması regional sabitliyin təmin olunmasına Vaşinqtonun dəstəyini artıra bilər. Tramp adminİstrasiyası “Orta dəhliz”də regional sabitliyin və iqtisadi əməkdaşlığın reallaşması üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını zəruri hesab edir.

Ona görə də ABŞ münaqişənin geridönməzliyini təmin etmək üçün ötən ilin avqust ayında Ağ Evdə rəsmiləşən sülh prosesini başa çatdırmağa çalışır. Ceyms Devid Vensin İrəvana və Bakıya səfərləri zamanı imzalanmış sənədlər, eləcə də aparılan qapalı danışıqlar yaxın zamanlarda reallaşcağı proqnozlaşdırılan sülh müqaviləsinə ABŞ-nin zəmanəti kimi dəyərləndirilə bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Vens Bakı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Fevral 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri