Icma.az
close
up
RU
Veqan və vegeterianlar mütləq oxusun: Bunu etməsəniz səhhətinizdə ciddi problem yaranacaq KONKRET

Veqan və vegeterianlar mütləq oxusun: Bunu etməsəniz səhhətinizdə ciddi problem yaranacaq KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Son dövrlərdə sağlamlıq, ətraf mühit və etik səbəblərlə veqan və vegeterian qidalanma tərzləri getdikcə daha da populyarlaşır. Vegeterianlar heyvan əti istehlak etməsələr də, süd məhsulları və yumurta kimi heyvan mənşəli qidalara yer verə bilirlər. Veqanlar isə bütün heyvan mənşəli məhsullardan tamamilə imtina edirlər. Hər iki qidalanma tərzi düzgün planlaşdırıldıqda sağlamlıq üçün faydalı ola bilər, lakin bəzi risklərə də diqqət yetirmək vacibdir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Sağlam qida təbliğatçısı Asim Vəliyev səsləndirib.

Asim Vəliyev

“Veqan və vegeterian pəhrizlər ürək-damar xəstəlikləri riskini azalda bilər. Bu pəhrizlər adətən doymuş yağlar və xolesterin baxımından aşağı, lif, antioksidant və bitki mənşəli qida maddələri baxımından isə zəngin olur. Bundan əlavə, bu pəhrizlər çox vaxt az kalorili və yüksək lif tərkibli olduğu üçün çəkiyə nəzarət etməyə kömək göstərir.

Lakin bu qidalanma tərzlərinin bəzi potensial çatışmazlıqları da mövcuddur. Məsələn, B12 vitamini əsasən heyvan mənşəli qidalarda mövcuddur. Veqanlar və bəzi vegeterianlar bu vitamini B12 ilə zənginləşdirilmiş məhsullardan və ya əlavələrdən əldə etməlidirlər. B12 çatışmazlığı anemiya və sinir sistemi problemlərinə yol aça bilər”.

Ekspert qeyd edir ki, həmçinin bitki mənşəli dəmirin orqanizm tərəfindən sorulması heyvan mənşəli dəmirlə müqayisədə daha zəifdir:

“Bu səbəbdən veqanlar və vegeterianlar ispanaq, mərci, noxud kimi dəmir mənbələrini C vitamini ilə birlikdə qəbul etməlidirlər ki, dəmirin sorulması artsın.

Omeqa-3 yağ turşularının əsas mənbəyi balıq olsa da, veganlar bu vacib qida maddəsini kətan toxumu, çia toxumu və qoz kimi bitki mənşəli məhsullardan əldə edə bilərlər”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 May 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see157

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see122

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri