Vərəm xəstəsi olan şəxs niyə hərbi xidmətə cəlb edilib? Rəsmi CAVAB
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, Coşqun Zülfüqar oğlu Sadıqov Mərkəzi Klinik Hərbi Hospitalda dünyasını dəyişib. Məlumata görə, Quru Qoşunlarında xidmət edən C.Sadıqov vəfatından 10 gün əvvəl - yanvarın 26-da hərbi xidmətə gedib. Qeyd olunur ki, vəfat edən şəxsin yaxınları tərəfindən bildirilib ki, ağır vərəm xəstəsi imiş.
Bəs vərəm xəstəsi olan şəxs niyə hərbi xidmətə cəlb edilib?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov Redaktor.az-a açıqlamasında bildirdi ki, hal-hazırda sözügedən məsələ ilə bağlı cinayət işi başlanıb və istintaq aparılır:
"İstintaqın yekununda hüquq-mühafizə orqanları tərəfindən məsələyə hüquqi qiymət veriləcəkdir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 09 Fevral 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















