Icma.az
close
up
RU
Vergi borcu ödənəndə “stop” avtomatik götürülürmü? Açıqlama

Vergi borcu ödənəndə “stop” avtomatik götürülürmü? Açıqlama

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Vergi borcu səbəbindən vətəndaşın ölkədən çıxışına məhdudiyyət qoyulması müəyyən problemlər yarada bilər. Borc ödənildikdən sonra isə əsas məsələ tətbiq edilən “stop”un nə vaxt və hansı qaydada aradan qaldırılmasıdır.
Bu proses avtomatik həyata keçirilir, yoxsa vətəndaş bunun üçün ayrıca müraciət etməlidir?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən vəkil Şəbnəm Tağıyeva bildirib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddələrinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir:

“Başqa sözlə, vergi borcunun mövcudluğu öz-özlüyündə şəxsin ölkədən çıxışına avtomatik “stop” qoyulması demək deyil. Belə məhdudiyyət vergi orqanının müraciəti əsasında məhkəmə qaydasında tətbiq edilir. Bununla yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun 31 mart 2026-cı il tarixli Qərarında ölkədən getmək hüququnun bu əsasla məhdudlaşdırılmasının tətbiqi ilə bağlı mühüm hüquqi mövqe ifadə edilib. Konstitusiya Məhkəməsi vurğulayıb ki, belə məsələlərə baxılarkən vergi ödəyicisinin öz öhdəliklərinin icrasından yayınmasına dair ilkin sübutlar araşdırılmalı, alternativ tədbirlərin tətbiqinin mümkünlüyü və tətbiq edilən məhdudiyyətin gözlənilən nəticəyə mütənasibliyi qiymətləndirilməlidir. Belə tədbirin tətbiqi şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır”.
Vəkil qeyd edib ki, Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra vergi orqanı dərhal həmin məhdudiyyətin götürülməsi barədə qərar qəbul etməlidir. Burada “avtomatik” anlayışına diqqət yetirmək lazımdır. Qanunvericilik məhdudiyyətin borcun ödənilməsi ilə avtomatik olaraq aradan qalxdığını deyil, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra vergi orqanının dərhal onun götürülməsi barədə qərar qəbul etməsini nəzərdə tutur. Bu baxımdan, vergi borcu tam ödənildikdən və məhdudiyyətin tətbiqinə səbəb olmuş əsas aradan qalxdıqdan sonra şəxsin məhdudiyyətin götürülməsi üçün ayrıca ərizə ilə müraciət etməsi qanunvericilikdə məcburi şərt kimi nəzərdə tutulmur. Məhdudiyyətin götürülməsi barədə qərarın qəbul edilməsi vergi orqanının vəzifəsidir”.
Şəbnəm Tağıyeva bildirib ki, əvvəllər bu proses fərqli qaydada tənzimlənirdi:
“Mülki Prosessual Məcəllənin 355-7.6-cı maddəsinə əsasən, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının ərizəsi əsasında məhkəmə iki iş günü ərzində məhdudiyyətin götürülməsi barədə qətnamə qəbul edirdi. Həmin müddəa sonradan ləğv edilib. Hazırda isə məhdudiyyətin götürülməsi barədə qərarın qəbul edilməsi Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsi ilə birbaşa vergi orqanının vəzifəsi kimi müəyyən edilib. Eyni zamanda, şəxs ölkədən getmək hüququna müvəqqəti məhdudiyyətin mövcud olub-olmadığını Dövlət Vergi Xidmətinin elektron xidməti vasitəsilə onlayn qaydada yoxlaya bilər.
Beləliklə, vergi borcu ödənildikdən və məhdudiyyətə səbəb olmuş əsas aradan qalxdıqdan sonra “stop”un götürülməsi üçün ayrıca müraciət etmək ümumi qaydada tələb olunmur. Məhdudiyyətin götürülməsi barədə dərhal qərar qəbul etmək vergi orqanının vəzifəsidir”.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Avqust 2026 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see322

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see285

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see276

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see276

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see268

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see261

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see256

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see245

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see231

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see228

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see225

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see222

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see212

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see199

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see198

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see197

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see188

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see185

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see184

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri