Icma.az
close
up
RU
Vergi borcu olan şirkət Milli Məclisin 1 milyonluq tenderini udub Maraqlı detallar

Vergi borcu olan şirkət Milli Məclisin 1 milyonluq tenderini udub Maraqlı detallar

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Milli Məclis tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 965 min 690 manat 76 qəpik olan tender müsabiqəsinin qalibi “My Auto” MMC (VÖEN – 1503331321) olub.
Bildirilir ki, “My Auto” MMC avtomobillərin cari təmiri xidmətini həyata keçirəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 1000 manat olan “My Auto” MMC-nin hüquqi ünvanı Nizami rayonu, Qara Qarayev pr, ev 52, m. 37-də yerləşir. Şirkətin qanuni təmsilçisi Hüseynov Şahin Fərhad oğludur.
Tenderin qalibi olan “My Auto” MMC-nin hazırda (02.04.2025) dövlət büdcəsinə 25 623 manat 6 qəpik vergi borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1.-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
“My Auto” MMC fevral ayının 13-də tender müsabiqəsinin qalibi elan olunub. Əgər tender keçirilən zaman şirkətin vergi borcu olmayıbsa, o zaman 25,6 min manatlıq borc son 2 ayda yaranıb.
Məlumat üçün onu da bildirək ki, tenderin qalibi olan “My Auto” MMC-nin hüquqi ünvanı daha əvvəl Xətai rayonu, Sabit Orucov, ev 8A, m. 7-də yerləşib. Bu ünvanda “My Auto Servıce MMC” MMC (VÖEN - 2004794361) adlı şirkət də qeydiyyata alınıb. “My Auto Servıce MMC” MMC-nin qanuni təmsilçisi İlqar Muradxan Fərəci Nurəddin oğlu eyni zamanda “MF Avto Servis” MMC (VÖEN – 1306216631) adlı şirkətin qanuni təmsilçisidir. Bu şirkətin də əvvəlki adı “Kerba Avto Servıs” MMC olub. “Kerba Avto”nun rəsmi saytında qeyd olunur ki, bu marka “Türklər LTD şirkəti”nə məxsusdur. Nizamnamə kapitalı 500 manat olan “Türklər LTD şirkəti”nin (VÖEN - 2900089921) isə hüquqi ünvanı Yasamal rayonu, Hüseyn Cavid pr, ev 32, m. 33-də yerləşir. Şirkətin qanuni təmsilçisi Həməşəyev Xoca İbrahim oğludur. “Türklər LTD”nin qanuni təmsilçisi Həməşəyev Xoca eyni zamanda “KerbaAvto”da ofis meneceri vəzifəsində çalışır.
“My Auto Service” mərkəzində əsasən “Toyota” və “Lexsus” markalı avtomobillər təmir olunur. Bu təmir mərkəzinə bağlı olan “JLR My Auto Service” mərkəzlərində isə “Jaguar”, “Land Rover” və “Range Rover” markalı avtomobillər təmir edilir.
Təmir mərkəzilə eyni adı daşıyan “JLR Service” MMC (VÖEN – 1503256771) isə 25 iyul 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nərimanov rayonu, Ağa Nemətulla, ev 23, m. 84-də yerləşən MMC-nin qanuni təmsilçisi Şıxəliyev Elçin Ələskər oğludur. Bundan başqa Nərimanov rayonu, Xətai pr, ev 5, m. 62-də Qəmərli Orxan Zəlimxan oğlunun rəhbərlik etdiyi “JLR Auto” MMC (VÖEN-1505372331) adlı daha bir şirkət 19 fevral 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Bu şirkətlərlə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, “My Auto Service” mərkəzinin “Facabook” səhifəsində e-mail ünvanı kimi [email protected] göstərilib. Eyni zamanda əlaqə üçün qeyd olunan mobil telefon nömrəsi (055 203 11 21) həm də “Bəşir Bünyadov 40A” ünvanında yerləşən “Okean Avto Servis” mərkəzinə aiddir. Bakının məşhur təmir salonlarından olan “Okean Avto Servis”ilə bərabər “Babək Prospekt 21” ünvanında “Okean Avtosalon” adlı avtomobil satış mərkəzi də fəaliyyət göstərir. Bu mərkəzlərlə eyni adda olan “Okean Avto” MMC (VÖEN-1301673961) adlı şirkət 3 iyun 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 57/24, m. 33-də yerləşir. Qanuni təmsilçisi Hacıyev Əhsən Zabit oğludur.
Qeyd olunanlardan belə görünür ki, fərqli adlar altında fəaliyyət göstərmələrinə baxmayaraq ölkənin aparıcı avtomobil servisi mərkəzləri vahid mərkəzdən idarə olunur. Həmin şirkətlər indiyədək çoxsaylı tender müsabiqələrində qalib olublar.
Qeyd edək ki, adları qeyd olunan şirkətlərin bu günə – 2 aprel 2025-ci il tarixinə aşağıda qeyd olunan miqdarda dövlət büdcəsinə vergi borcları var:
“Türklər LTD şirkəti”nin (VÖEN - 2900089921) – 43 539,93 manat;
“My Auto” MMC (VÖEN – 1503331321) – 25 623,06 manat;
“JLR Auto” MMC (VÖEN-1505372331) – 2 625,28 manat.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 02 Aprel 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri