Vergi borcu olan şirkət rəhbərlərinə ölkədən çıxmaq qadağan edildi
Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Dilan” və “Kano” şirkətlərinin rəhbəri Bayramov Arif Saatşah oğlu məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, ərizəçi Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsidır.
Qurumun ərizəsində Arif Bayramovun rəhbəri olduğu şirkətlərin dövlət büdcəsinə borcu olduğunu və borcun ödənilmədiyi qeyd olunub. İdarə məhkəmədən xahiş edib ki, borc ödənilənədək şirkət rəhbərinin ölkədən çıxışı müvəqqəti olaraq məhdudlaşdırılsın.
İşə Bakı Kommersiya Məhkəməsində baxılıb. Hakim Ülkər Həsənova qurumun ərizəsini təmin edərək Arif Bayramova “stop” qoyulması barədə qətnamə çıxarıb.
“Dilan” şirkəti 2 noyabr 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hazırda 16 692,4 manat vergi borcu var. “Kano” şirkəti isə 3 noyabr 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin vergi borcu hazırda 1 252,41 manat təşkil edir.
Paylaş
Baxış sayı:83
Bu xəbər 14 İyul 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















