Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? AÇIQLANDI
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlətin iqtisadi sabitliyinin qorunmasında vergi sisteminin rolu çox böyükdür. Bununla belə, bəzi hallarda vergi ödəyiciləri müxtəlif səbəblərdən öhdəliklərini vaxtında yerinə yetirə bilmir və nəticədə vergi borcu yaranır. Belə vəziyyətlərdə vergi orqanları müəyyən tədbirlər görür və məsuliyyət mərhələli şəkildə formalaşır.
Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Şulan Nağıyevin sözlərinə görə, borc ödənilmədikdə növbəti addım kimi bank hesablarına sərəncam tətbiq edilir. Bu sərəncamların iki əsas forması var:
"İcra edilən sərəncam əgər vergi ödəyicisi razıdırsa və ya borc 30 gün ərzində məhkəmədə mübahisələndirilməyibsə, həmin şəxsin bank hesabındakı vəsaitdən borc məbləği və onun 105 faizi tutularaq dövlət büdcəsinə köçürülür.
Dondurulan sərəncam əgər ödəyici borcu 30 gün ərzində məhkəməyə çıxarırsa və ya yazılı razılıq vermirsə, hesabdakı vəsait silinmir, sadəcə bloklanır.
Bu sərəncamlar şəxsin bütün bank hesablarına şamil edilir və borc tam ödənildikdən sonra ləğv olunur. Əgər bu tədbirlər nəticə verməzsə, qanunvericilikdə nəzərdə tutulmuş digər məcburi üsullar tətbiq edilir".
Hüquqşünas qeyd edib ki, vergi ödəyiciləri qəbul olunmuş inzibati qərarlardan narazı qaldıqda, 30 gün ərzində məhkəməyə müraciət etmək hüququna malikdirlər. Lakin vergi öhdəliklərindən qəsdən yayınma daha ciddi nəticələrə səbəb ola bilər. Belə hallarda şəxsləri müxtəlif məbləğlərdə cərimələr, ən ağır vəziyyətlərdə isə 5 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 20 Aprel 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















