Icma.az
close
up
RU
“Vergi güzəşti” “mərhələli güzəşt”lə əvəz olunur

“Vergi güzəşti” “mərhələli güzəşt”lə əvəz olunur

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı il yanvarın 1-dən etibarən ölkə üzrə nəzərdə tutulmuş vergi güzəştinin müddəti bitir. Hazırda bəzi media orqanları 7 illik vergi güzəştinin davam etməyəcəyi ilə bağlı məlumatlar yayırlar. Əslində isə, ölkədə vergi güzəştlərinin növbəti illərdə mərhələli şəkildə tətbiqi ilə davam edirilməsi nəzərdə tutulur.

Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, güzəştin sosial-iqtisadi məqsədlərinə əsasən nail olunduğunu, habelə əmək bazarının rəsmiləşdirilməsi sahəsində əldə edilmiş nailiyyətləri qorumaq və daha da artırmaq üçün vergi inzibatçılığının kifayət qədər gücləndirilməsini nəzərə alaraq, eyni zamanda, leqallaşma prosesinin davam etməsinə münbit şərait yaradıb qorunması üçün, o cümlədən daha aşağı gəlirlilərə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft qaz və özəl sektorda da əməkhaqlarının tədricən mərhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib.

Nazirin sözlərinə görə, bu ilin sonuna qədər Azərbaycanın özəl qeyri-neft-qaz sektorunda əməkhaqqı fondunun 2019-cu illə müqayisədə 3 dəfə artaraq 10,6 milyard manata, məcburi sosial sığorta yığımlarının isə 3 dəfə artaraq 2,5 milyard manata çatması proqnozlaşdırılır. M.Cabbarov əlavə edib ki, qeyri-neft-qaz özəl sektorda 8 min manata qədər olan əməkhaqlarının gəlir vergisindən azad olunması nəticəsində 2019-cu il yanvarın 1-dən 2025-ci il oktyabrın 1-dək bu sektorda əmək müqavilələrinin sayı 471 min artaraq 1 milyonu ötüb.

Yeri gəlmişkən, iqtisadiyyat naziri ölkədə fəaliyyət göstərən əsas gəmi istehsal müəssisəsi olan Bakı Gəmiqayırma Zavodu tərəfindən vergi güzəştinin uzadılması ilə bağlı müraciətinin konsensusla dəstəkləndiyini diqqətə çatdırıb. O, zavodun fəaliyyətinin Azərbaycan dövlətinin iqtisadi və strateji hədəflərinə cavab verdiyini vurğulayaraq deyib ki, ölkədə qeyri-kommersiya təyinatlı gəmi istehsal müəssisələrinin olmaması ilə yanaşı, Bakı Gəmiqayırma Zavodu uzun illər mənfəətli olmayıb, amma son 1-2 ildə istehsal həcmi xeyli artıb. “Hazırda orada eyni vaxtda, təxminən, 10 gəmi inşa olunur. Son 12 ildə cəmi 14-15 gəmi inşa edilib ki, bu da istehsal dinamikasını göstərir. Biz bu dinamikanı dəstəkləyirik və müdafiə etməyə hazırıq”, – deyə M.Cabbarov əlavə edib.

Parlamentin komitə iclasında maliyyə naziri Sahil Babayev də gələn il tətbiq olunacaq vergi güzəştləri barədə danışıb. Nazir deyib ki, işğaldan azad edilmiş ərazilərə verilən vergi güzəştlərinin Naxçıvana da tətbiqi muxtar respublikanın inkişafında əhəmiyyətli rol oynayacaq. Nazir onu da qeyd edib ki, media subyektlərinin vergi güzəştlərinin müddətinin daha 3 il uzadılması, sadələşmiş vergi limitlərin artırılması, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 14 faiz deyil, 10 faiz dərəcə ilə vergi tutulması çox ciddi məsələlərdir.

Xalid KƏRİMLİ,
iqtisadçı-ekspert

2026-cı il yanvarın 1-dən gəlir vergisi ilə əlaqədar qeyri-dövlət sektorunda çalışanlar üçün vergi güzəştinin müddəti bitir. Lakin hökumət burada dərhal bütün vergiləri vətəndaşın, yəni işləyən şəxslərin üzərinə qoymur. Bunu hissə-hissə və mərhələli şəkildə həyata keçirir. Belə ki, gələn il yanvarın 1-dən vətəndaşın iş yerində gəliri 2500 manatadək təşkil edirsə, ondan yalnız 3 faizi vergiyə cəlb olunacaq. Yəni 2500 manatadək olan məbləğdən cəmi 75 manat vergi tutulacaq. 2500 manatdan 8 min manatadək olan məbləğin 10 faizi vergiyə cəlb olunacaq. 8 min manatdan yuxarı əməkhaqqı alan şəxslərdə isə bu, artıq 14 faiz təşkil edəcək.

Nəticə etibarı ilə 8 min manatdan yuxarı əməkhaqqı alan şəxslər 625 manat üstəgəl 8 min manatdan yuxarı məbləğin 14 faizi qədər vergi ödəmək məcburiyyətində qalacaqlar. 2500 manatdan 8 min manatadək əməkhaqqı alanlar isə 75 manat üstəgəl 2500 manat və 8 min manat məbləğin 10 faizi vergi ödəyəcəklər. Bu, 2026-cı ildən 2027-ci ilədək olan 1 illik dövrü əhatə edir. 2027-ci ildən etibarən isə aşağı gəlir həddində olan şəxslər üçün vergi 2 faiz artılaraq 5 faiz təşkil edəcək. Bu o deməkdir ki, 2500 manatadək əməkhaqqı alanlar 5 faiz, 8 min manatadək alan şəxslərdə isə 10 faiz olacaq. 8 min manatdan yuxarı əməkhaqqı alan şəxslər isə 2027-ci ildən başlayaraq 675 manat üstəgəl 8 min manatdan yuxarı olan məbləğə görə vergi ödəməli olacaqlar. 2028-ci ildə proses yekunlaşacaq və həmin ildən başlayaraq özəl sektorda çalışan şəxslər 2500 manatadək olan gəlirin 7 faizi səviyyəsində vergi ödəyəcəklər. Digər intervallar isə eyni səviyyədə qalacaq.

Hökumət üçpilləli rejimlə vergi tətbiq edəcək. Gəlirlərin yuxarı hissəsində isə fərqli vergi dərəcələri tətbiq olunur ki, bu da proqressiv vergi sisteminin xüsusiyyətlərinə uyğundur. Burada məsələ ondan ibarətdir ki, əgər vətəndaş əvvəllər 2500 manatadək olan məbləğin 14 faizi qədər vergi verirdisə, faktiki olaraq 2026-2027-ci illərdə 3 faiz ödəyəcək. Amma onun pensiya fonduna olan ödənişi əvvəlki kimi 10 faiz qalacaq. Burada da hökumətin əsas məqsədi gələcəkdə vətəndaş pensiyaya çıxdıqda pensiya kapitalının formalaşdırılması üçün ödəmələrinin saxlanmasıdır. Yəni birbaşa 14 faizin cəmi 7 faizini ilk pillədə vətəndaşın gəlirlərindən tutulması planlaşdırılır. Ümumi şəkildə 2500 manatadək əməkhaqqı alan şəxslərin vergi yükü cəmi 3 faiz artmış olacaq. Belə ki, əvvəl əgər 2500 manatadək əməkhaqqı alan şəxslərdə ümumi maaşdan tutulmalar təqribən 12,5 faiz idisə (10 faiz pensiya fondu, 2 faiz icbari tibbi sığrta fondu və 0,5 faiz məşğulluq fondu), artıq bu rəqəm 15,5 faizədək artmış olacaq. Yəni növbəti illərdə artım prosesinə uyğun olaraq vətəndaşın 2500 manadək olan əməkhaqqından tutulmalar 19,5 faizə yüksələcək və bununla da proses yekunlaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri