Icma.az
close
up
RU
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır VİDEO

Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır VİDEO

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Sahibkarlar üçün daha əlverişli biznes mühitinin formalaşdırılması və vergi inzibatçılığının sadələşdirilməsi ölkədə həyata keçirilən vergi siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə aparılan islahatlar çərçivəsində 2026-cı ildən etibarən vergi nəzarətində üfüqi monitorinq modelinin tətbiqi nəzərdə tutulur.
Demokrat.az
xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin idarə rəsinin müavini Günel Bəhramqızı məlumat verib.
Belə ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan üfüqi monitorinq mexanizminin tətbiqi və paralel olaraq elektron audit tədbirinin ləğvi nəzərdə tutulur. Yeni yanaşma orta və iri vergi ödəyiciləri ilə vergi orqanları arasında şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mexanizminin qurulmasına imkan yaradacaq. Bununla da vergi ödəyicilərinin hüquqlarının daha geniş təmin olunması hədəflənir.
"Üfüqi monitorinq modelinin tətbiqi üçün vergi ödəyicisinin orta və ya iri sahibkar statusuna malik olması, avtomatlaşdırılmış uçot sistemindən istifadə etməsi və daxili nəzarət sisteminin qurulması əsas şərtlər sırasında yer alır. Bu model çərçivəsində vergi ödəyicisinin əsas öhdəliklərinə vergi risklərinin əvvəlcədən vergi orqanına açıqlanması, daxili nəzarət və hesabatlılıq mexanizmlərinin təmin edilməsi daxildir.
Nəzarət və məsuliyyət mexanizmlərinə gəldikdə isə, üfüqi monitorinq iştirakçıları üzrə səyyar vergi yoxlamalarının aparılması yalnız istisna hallarda mümkün olacaq. Vergi ödəyicisi tərəfindən risklər əvvəlcədən açıqlanarsa, maliyyə sanksiyası tətbiq edilməyəcək. Açıqlanmayan risklərin vergi orqanı tərəfindən aşkar edilməsi hallarında isə 25 faiz məbləğində maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur.
Yeni model vergi ödəyiciləri üçün bir sıra üstünlüklər yaradır. Belə ki, vergi yoxlamalarının sayının azalması inzibati yükün yüngülləşməsinə, əvvəlcədən məsləhətləşmə mexanizmi vasitəsilə vergi risklərinin minimuma endirilməsinə imkan verəcək. Eyni zamanda, vergi orqanları ilə qarşılıqlı etimadın möhkəmlənməsi, şəffaflığın artması, sahibkarların maliyyə intizamının və korporativ idarəetmə səviyyəsinin yüksəlməsi gözlənilir.
Bununla yanaşı, üfüqi monitorinq iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanın azalan qalıq və ya düz xətt metodu ilə hesablanması seçiminin verilməsi nəzərdə tutulur.
Görülən tədbirlər nəticəsində vergi intizamının yüksəlməsi, vergi inzibatçılığının səmərəliliyinin artması, uzunmüddətli dövrdə büdcə gəlirlərinin daha sabit və dayanıqlı formalaşması, eləcə də vergi ödəyiciləri ilə dövlət arasında etimada əsaslanan müasir vergi idarəetmə modelinin formalaşması gözlənilir".
 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Dekabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri