Icma.az
close
up
RU
Vergi ödəyicisinin vəzifələri artırılır, yeni sanksiyalar müəyyənləşir

Vergi ödəyicisinin vəzifələri artırılır, yeni sanksiyalar müəyyənləşir

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Vergi ödəyicisinin vəzifələri artırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

Bu vəzifələr sırasına aşağıdakılar daxil edilir:

-kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə İdarəediciləri) tərəfindən əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaratmaq:

-kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda daşınmaz əmlak həmin əmlakın mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən, habelə əmlak icarəyə verildikdə icarəyə götürən tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatı (arayışı) əks etdirmək (yerləşdirmək);

-kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatı hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim etmək.

Bununla əlaqədar operativ vergi nəzarət kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda icarəyə götürülən subyektlərin (obyektlərin) vergi orqanında uçota alınması təmin edilmədən icarəyə götürən şəxslərin həmin subyektlərdə (obyektlərdə) fəaliyyət göstərməsinə şərait yaradılması hallarının aşkar edilməsi və kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks etdirilməsi (yerləşdirilməsi) hallarına nəzarət edilməsi hallarını da əhatə edəcək.

Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatı hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim edilməməsinə və və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda olan təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks olunmamasına görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə İdarəediciləri) tərəfindən əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaratmamağa görə bazarların mülkiyyətçilərinə (bazarlar idarəetməyə verildikdə idarəedicilərinə) təqvim ili ərzində belə hal birinci dəfə aşkar edildikdə 2000 manat, ikindi dəfə aşkar edildikdə 4000 manat, üç və daha çox dəfə aşkar edildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

Bu tələblər qanun qəbul edildikdən 9 ay sonra qüvvəyə minəcək.

Qeyd edilib ki, bu istiqamətdə təkliflər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna bazarlarda vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlanmışdır. Layihədə "vahid mülkiyyətçi" üzərindən yanaşma həyata keçirilir və bazarlarda onların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən əmlakı icarəyə verdiyi şəxslərin vergi orqanında uçota alınması təmin edildikdən sonra icarə münasibətlərinin formalaşmasını və icarə müqavilələri bağlandıqdan, həmin obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra faktiki olaraq fəaliyyət göstərməsinə şərait yaradılması nəzərdə tutulur.

Bununla yanaşı bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması və həmin təsərrüfat subyektini (obyektini) icarəyə götürənlərin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasının təmin edilməsi ilə bağlı keçid müddəa da nəzərdə tutulur.

Təklif olunan dəyişiklik ölkə ərazisində obyektləşmə və kassalaşma ilə bağlı aparılan proseslərin əsası kimi uçot intizamının düzgün şəkildə qurularaq son nəticədə dövlət büdcəsinə ödənişlərin tam və vaxtında həyata keçirilməsinə hesablanıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Dekabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri