Icma.az
close
up
RU
Vergi tutulmayan xarici ödənişlər: Hamının bilmədiyi detallar

Vergi tutulmayan xarici ödənişlər: Hamının bilmədiyi detallar

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Son dövrlər sahibkarların banklardan aldığı sorğuların, vergi yoxlamalarının və hesablarla bağlı yaranan problemlərin əsas səbəblərindən biri xaricə edilən ödənişlərdir. Bir çox hallarda sahibkarlar ya ehtiyat üçün artıq vergi ödəyir, ya da bilmədən vergi riski yaradan əməliyyatlara yol verirlər.
Bəs xaricə göndərilən vəsaitlər hansı hallarda vergiyə cəlb olunur? Və yaxud hansı hallarda göndərilən vəsaitlər vergidən azaddır?
 

MÖVZU İLƏ BAĞLI:
Bank gecikən kreditə görə müştərinin və yaxud zaminin hesabına blok qoya bilərmi? - HÜQUQİ İZAH


Bu və digər suallara cavab tapmaq üçün Fəxri auditor, Invest Finance MMC baş direktoru Anar Bayramovla həmsöhbət olduq.
Bizim.Media həmin müsahibəni təqdim edir:
- Anar müəllim, istərdik söhbətimizə xaricə pul köçürmələri ilə başlayaq. Bilmək istərdik ki, xaricə göndərilən pullar hansı halda vergiyə cəlb edilir?
- Doğrudan da, bu məsələ çox müzakirə olunur. Bəzi insanlar bununla bağlı yanlış bilgiyə malikdirlər. Bəziləri hesab edir ki, “pul xaricə gedirsə, avtomatik vergi tutulmalıdır” və yaxud “pul köçürdüyün xarici şirkətdirsə, ödəniş vergidən azaddır”. Təbii ki, hər iki yanaşma yanlışdır. Azərbaycan vergi qanunvericiliyinə görə xaricə edilən ödənişlər yalnız müəyyən hallarda ödəmə mənbəyində vergiyə cəlb olunur.
Əsas məsələ ödənişin mahiyyətini və gəlirin harada formalaşdığını düzgün müəyyən etməkdir. Yəni gəlir harada formalaşır? Vergi qanunvericiliyi baxımından əsas sual “pul hansı ölkəyə gedir?” deyil, “gəlir harada formalaşır və xidmət harada icra olunur?”  Əgər gəlirin mənbəyi və ya xidmətin nəticəsi Azərbaycanla bağlıdırsa, vergi riski yaranır. Əgər əməliyyat tam şəkildə xaricdə formalaşıbsa, bu halda xaricə edilən ödənişlər əksər hallarda vergiyə cəlb edilmir.
- Xaricə ödəniş zamanı hansı hallarda vergi tutulmaya bilər?
- Xarici şirkətdən real mal alındıqda və bu mal gömrük bəyannaməsi ilə rəsmiləşdirildikdə, xaricə edilən ödəniş ödəmə mənbəyində vergiyə cəlb edilmir. Bu halda vergitutma mexanizmi gömrük mərhələsində – ƏDV və gömrük rüsumları vasitəsilə tənzimlənir. Burada pul köçürməsi gəlir deyil, malın dəyərinin ödənilməsi hesab olunur. Yalnız ödənişi icra edilmiş mal faktiki olaraq gəlmədikdə və ya gömrük rəsmiləşməsi olmadıqda, bu artıq vergi və valyuta nəzarəti baxımından risk yarada bilər.
- Bəs xidmət tam şəkildə xaricdə icra olunubsa, o zaman vergi tələb olunurmu?
- Əgər xidmət faktiki olaraq Azərbaycan ərazisindən kənarda göstərilibsə və onun nəticəsi Azərbaycanda istifadə olunmursa, bu ödəniş Azərbaycanda mənbəyi olan gəlir sayılmır və vergiyə cəlb edilmir. Buna xaricdə keçirilən təlim və seminarlar,  beynəlxalq sərgi və forum iştirak haqları, xaricdə aparılan audit və ekspertiza xidmətləri, xaricdə göstərilən tibbi və təhsil xidmətləri daxildir.
Bundan əlavə, daşınma və logistika xidməti Azərbaycan ərazisində icra olunmursa və marşrut xarici ölkələr arasında həyata keçirilirsə, xarici daşıyıcıya edilən ödəniş ödəmə mənbəyində vergiyə cəlb edilmir. Lakin daşınmanın Azərbaycan ərazisində icra olunan hissəsi varsa, həmin hissə üzrə vergi riski yarana bilər.
- Bəzi hallarda sövdələşmə baş tutmur və xaricə köçürülən pul geri qaytarılır. Belə vəziyyətdə həmin vəsait vergiyə cəlb edilirmi?
- Borcların qaytarılması, depozitlərin geri alınması və müqavilə ləğv edildikdə avansın geri ödənilməsi gəlir xarakteri daşımır. Bu səbəbdən belə ödənişlər üzrə ödəmə mənbəyində vergi tutulmur. Burada əsas şərt əməliyyatın müqavilə və ödəniş sənədləri ilə əsaslandırılmasıdır.
Bundan əlavə, xarici tərəf Azərbaycan şirkətinin adından müəyyən xərclər çəkibsə (otel, aviabilet, dövlət rüsumları və s.) və bu xərclər sənədlərlə təsdiqlənirsə, həmin məbləğin geri ödənilməsi gəlir hesab edilmir. Bu halda da ödəmə mənbəyində vergi tutulmur. Lakin xərclərin üzərinə əlavə marja və ya xidmət haqqı əlavə edilərsə, artıq vergi riski yarana bilər.
- Bəs daha hansı hallarda vəsaitdən vergi tutulmur?
- Bildiyiniz kimi Azərbaycanın bir çox ölkə ilə imzaladığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər mövcuddur. Qeyri-rezident öz ölkəsində rezidentliyini təsdiq edən sertifikatı təqdim etdikdə, vergi ya ümumiyyətlə tutulmur, ya da azaldılmış dərəcə ilə tutulur. Bundan başqa, əgər Azərbaycan şirkətinin xaricdə qanuni qeydiyyatdan keçmiş daimi nümayəndəliyi və ya filialı mövcuddursa və bu struktur real fəaliyyət göstərirsə, onun saxlanılması ilə bağlı xərclər üzrə edilən ödənişlər Azərbaycanda mənbəyi olan gəlir hesab edilmir.

Bu xərclərə əməkhaqları, ofis icarəsi, kommunal və digər inzibati xərclər daxildir. Bu halda ödənişlər gəlir xarakteri daşımadığından ödəmə mənbəyində vergiyə cəlb edilmir.


Qeyd etmək lazımdır ki, daimi nümayəndəliyin real fəaliyyəti və iqtisadi əsaslandırması olmadıqda vergi riski yarana bilər. Xaricə ödəniş edərkən əsas məsələ bank köçürməsinin texniki icrası deyil. Əsas məsələ ödənişin iqtisadi mahiyyəti, xidmətin icra yeri və gəlirin harada formalaşmasıdır. Bu yanaşma düzgün tətbiq edildikdə sahibkar həm artıq vergi ödəməkdən, həm də əsassız bank və vergi risklərindən qoruna bilər.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Dekabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see314

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see201

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see172

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see159

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see148

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see142

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see139

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see134

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see133

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see132

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri