Icma.az
close
up
RU
Vergi Xidməti “Abzasmedia” əməkdaşlarına qarşı iddia qaldırıb

Vergi Xidməti “Abzasmedia” əməkdaşlarına qarşı iddia qaldırıb

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində  “Abzasmedia İşi” üzrə mühakimə olunan jurnalistlərə qarşı İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti də iddia qaldırıb.

Gununsesi.info-nun xəbərinə görə, mülki qaydada qaldırılan iddiada həbsdə olan jurnalistlərin vergidən yayındığı iddia olunur.

Məlumata görə, Vergi Xidmətinin nümayəndəsi də mülki iddiaçı qismində məhkəməyə qatılıb.

Təqsirləndirilən jurnalistlərdən Sevinc Vaqifqızının vəkili Elçin Sadıqov bu tələbə qarşı çıxsa da lakin məhkəmə kollegiyası mülki iddiaçının prosesdə iştirakını təmin edib.

Xatırladaq ki, “Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə “Abzas Media işi” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Afət Abbasova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri