Vergi Xidməti plandan artıq 730 milyon manat vergi toplayıb
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 15 milyard 310,5 milyon manat təşkil edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Bu barədə Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çoxdur. Vergi daxilolmaları proqnozdan 5,1% çox icra edilib.
11 aylıq vergi daxilolmalarının 11 milyard 187,6 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 8,7%, proqnozdan isə 2,7% çoxdur.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 11 ay ərzində həmin məbləğin 98,8%-i təmin olunub.(fed.az)
Baxış sayı:41
Bu xəbər 04 Dekabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















