Icma.az
close
up
RU
Vergi yayınması institusional xarakter alıb İQTİSADÇI DANIŞDI

Vergi yayınması institusional xarakter alıb İQTİSADÇI DANIŞDI

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Vergidən yayınma iki formada olur. İngiliscə bunlara "tax evasion" və "tax avoidance" deyilir. "Tax evasion" qanunsuzdur, yəni verginin gizlədilməsidir. "Tax avoidance" isə qanun çərçivəsində olan, qanundakı boşluqlardan istifadə etməklə vergidən yayınmadır. Bu halda şəxs vergini ya daha az ödəyir, ya da ümumiyyətlə ödəmir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.

Onun sözlərinə görə, "tax evasion" dedikdə saxta hesabatların təqdim edilməsi, ödənişlərin gizlədilməsi, gəlirlərin göstərilməməsi nəzərdə tutulur: ""Tax avoidance" zamanı isə bu hallar baş vermir. Sadəcə, qanunvericiliyin mürəkkəbliyindən və oradakı boşluqlardan istifadə edilir. Xüsusilə beynəlxalq müqavilələr və digər hüquqi mexanizmlər vasitəsilə bu mümkün olur.

Ümumi səbəblərə gəldikdə, yüksək vergi dərəcələri vergi ödəyicilərini alternativ yollar axtarmağa məcbur edir. Qanunvericilikdəki boşluqlar bu imkanı yaradır. Vergi orqanlarında zəif nəzarət, bəzən isə korrupsiya halları bu prosesi daha da asanlaşdırır. Bəzi ölkələrdə məmur iqtisadiyyatı üstünlük təşkil edir. Yəni vergi ödəyicisi dövlət qurumundan daha güclü mövqedə olur. Vergi anlayışı yalnız Vergi Məcəlləsi çərçivəsində deyil, həm də iqtisadi baxımdan gömrük rüsumlarını və sosial müdafiə ödənişlərini də əhatə edir.
Azərbaycandakı konkret praktikaya gəldikdə isə, həyat sığortası məhsulu mövcuddur ki, bu vasitə ilə insanlar həm hüquqi, həm də iqtisadi mənada vergi öhdəliklərindən azad olunurlar. Belə çıxır ki, bu normativ akt Vergi Məcəlləsinin üzərinə çıxır, yəni hüquqi prinsiplər pozulur. Bu imkandan əsasən yüksək gəlirli şəxslər istifadə edir, aşağı gəlirlilər isə vergi ödəməyə məcbur qalır. Bu isə həm ədalətsiz, həm də iqtisadi baxımdan səmərəsizdir. Belə şəxslər sosial ödəniş etməsələr də, dövlətin bütün xidmətlərindən - səhiyyə, təhsil, infrastruktur və təhlükəsizlikdən istifadə edirlər.
Bu vəziyyət illərdir, təxminən 15 ilə yaxındır davam edir. Biz dəfələrlə bu məsələyə toxunmuşuq, lakin təəssüf ki, bu mexanizmin arxasında dayanan maraqlar ölkənin ümumi maraqlarından daha güclü çıxır. Mərkəzi Bank məsələsinə gəldikdə, maliyyə sektoru üzrə strateji sənəddə həyat sığortasının genişləndirilməsi qeyd olunur. Halbuki həm əvvəlki, həm də indiki rəhbərliklə bu məsələ qaldırılıb və problemin mövcudluğu təsdiqlənib. Buna baxmayaraq, yenə də bu istiqamətdə genişləndirmə planlaşdırılır.

Təbii ki, onu daha da böyütməyi hədəfləməklə ölkədə vergi yayınmasını təşviq etdilər. Bu prosesi Mərkəzi Bank da təşviq etdi. Məsələn, İqtisadiyyat Nazirliyində - harada ki, Vergi Xidməti onun tərkibindədir - və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində - harada ki, sosial müdafiə ödənişləri onun tərkibindədir - bu qurumların işçiləri həmin xidmətdən istifadə etmir. Bir məhsuldan istifadə edirsənsə, deməli, onun vergi və sosial müdafiə ödənişlərini də etməlisən. Ən azından əvvəllər belə nümunələr mövcud idi. Bunu qeyd etmək istədim. Səbəbi soruşursunuzsa, səbəb məhz budur.

Bundan əlavə, soruşursunuz ki, yüksək vergi, yoxsa etimadsızlıq? Təbii ki, bu cür halları görən insanlar başqalarına da təsir edir. Məsələn, mən deyirəm ki, vergi ödəyirəm, amma digər tərəf bu mexanizmdən istifadə edərək vergidən yayınır. Mərkəzi Bank və digər qurumlar bütün iqtisadi, hüquqi və ədalət prinsiplərinə zidd şəkildə bu vəziyyəti təşviq edir, yayır və genişləndirməyə çalışır. Nəticədə bu, ölkənin maraqlarının əleyhinə işləyir. Bu isə başqalarında sual yaradır: “Mən niyə vergi ödəyirəm?” Və həmin şəxs də yayınmağa başlayır. Özünü istismar olunmuş hesab edir, düşünür ki, digərləri ödəmir, amma o ödəyir. Halbuki hər ikisi də eyni infrastrukturdən -təhsil, səhiyyə və digər xidmətlərdən istifadə edir. Bu zaman bəzi şəxslərə xüsusi hüquqlar verilir. Söhbət həm məmur iqtisadiyyatından, həm də konkret şəxsi nümunələrdən gedir. Məsələn, kimsə həyat sığortası xidmətindən istifadə edir, amma vergidən yayınır. Bu da vergi yayınmasının bir formasıdır.

Vergi yayınması iki cür olur: birincisi, qanunvericilikdəki boşluqlardan istifadə etməklə, ikincisi isə birbaşa qanunu pozmaqla. Hər iki hal ədalətsiz və iqtisadi baxımdan səmərəsizdir, lakin hüquqi baxımdan birincisi formal olaraq “qanuni” sayılır. Azərbaycanda qanunvericilikdə bu cür boşluqlar çoxdur və onlardan geniş istifadə olunur.

Kölgə iqtisadiyyatı Azərbaycanda kifayət qədər böyükdür. Rəsmi rəqəmlərlə beynəlxalq qurumların açıqladığı rəqəmlər üst-üstə düşmür. Əlbəttə, bu sahədə kölgə iqtisadiyyatını azaltmaq üçün cəhdlər edilir. Amma eyni zamanda bu iqtisadiyyatın yaranmasına səbəb olan məmur iqtisadiyyatı, vergi güzəştləri, nağd dövriyyə və digər amillər də mövcuddur. Kənd təsərrüfatı sektoru, məsələn, ümumiyyətlə vergidən azaddır. Şəffaflıq isə ölkədə çox aşağı səviyyədədir. Rəqəmsallaşma artsa, bu sahədə vəziyyətin yaxşılaşacağına ümid etmək olar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Dekabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri