Icma.az
close
up
RU
Verginin elektron sistemi yenə “ilişir”... Cəriməni isə sahibkar ödəməli olur

Verginin elektron sistemi yenə “ilişir”... Cəriməni isə sahibkar ödəməli olur

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Azərbaycanda vergi qanunvericiliyi, vergi dərəcələri, cərimələr və s. tez-tez sahibkarın ziyanına dəyişsə və yenilənsə də, sahibkarlara elektron vergi xidməti səviyyəsi əvvəlki səviyyədə qalır. Xüsusilə də hesabat dövrlərində verginin elektron sistemində donmalar, “ilişmələr”, hətta sistemin ümumiyyətlə işləməməsi müşahidə olunur.

Bu gün 3-cü rübün hesabatlarının son günüdür. Redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdə verginin elektron sisteminin çökdüyündən şikayət edilir.

Bu hal demək olar, hər rübün hesabat dövründə yaşanır və illərdir ki, bu cür də qalmaqdadır. Xüsusilə sadələşdirilmiş vergi ödəyiciləri hər üç aydan bir hesabat verərkən elektron sistemdəki problemlərə görə əziyyət çəkirlər.

Hesabat vermək üçün 20 gün vaxt nəzərdə tutulub. Bu vaxt bitəndən sonra verilən hesabata görə, əlavə cərimə hesablanır. Nəticədə vergi ödəyicisi vergi və DSMF ödənişlərilə bərabər əlavə cərimə də ödəməli olur. Bu da vergi orqanının elektron sisteminin nasazlığından, yaxud sistemin vergi ödəyicisi sayına lazımınca uyğunlaşdırılmamasından irəli gəlir.

Doğrudur, bunun səbəblərindən biri də sahibkarların hesabatları son günlərə saxlamasıdır. Yəni, sahibkarlar hesabat dövrünün ilk günlərində deyil, son 20-ci gününə yaxın kütləvi şəkildə hesabat verirlər ki, bununla da sistem yüklənir və “ilişir”. Lakin bu, əslində, sahibkarın problemi olmamalıdır və vergi orqanını məsuliyyətdən azad etməməlidir. Məntiqlə sistem elə işləməlidir ki, son 20-ci gündə bütün sahibkarlar eyni zamanda hesabat versə belə, bunları qəbul edə və hesablaya bilsin. Qanunvericilikdə də hesabatı 1-ci yox, 20-ci gündə verdiyinə görə sahibkarın hər hansı məsuliyyət daşıdığına dair heç bir maddə yoxdur. Buna baxmayaraq, sonda texniki səbəbdən hesabatını verə bilməyən sahibkar cərimə ödəməli olur. Yəqin ki, bu məsuliyyət vergi orqanının üzərinə qoyulsaydı və texniki nasazlığa görə ondan hesabat tələb olunsaydı, indiki vəziyyət yaranmazdı.

Odur ki, yaxşı olar ki, hər kiçik pozuntuya görə sahibkarın boğazına çökən vergi orqanı, öz elektron sisteminə də nəhayət ki, əl gəzdirsin.

“AzPolitika.info”   

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Oktyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri