Icma.az
close
up
RU
Verilən sözə xəyanət, dayandırılan istintaq: Bastrıkin həqiqəti ört basdır etdi?

Verilən sözə xəyanət, dayandırılan istintaq: Bastrıkin həqiqəti ört basdır etdi?

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya "Telegram" kanallarında Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin adından Azərbaycanın Baş prokuroru Kamran Əliyevə ünvanlanmış məktub yayılıb.

İlk baxışda müəyyən şübhələr doğuran bu "Telegram" kanalları və məktubu 2025-ci ilin yekunlarına dair mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramovun səsləndirdiyi fikirləri təsdiqləyir.

Belə ki, Bayramov onlara Rusiya tərəfinin AZAL-a məxsus mülki təyyarə ilə bağlı açılmış cinayət işinə xitam verməyə hazırlaşdığı barədə məlumat daxil olduğunu bildirmişdi.

Rusiyanın Qroznı səması üzərində vurulan AZAL-a məxsus mülki təyyarə ilə bağlı açılmış cinayət işinə xitam verməsi artıq sıradan istintaq qərarı deyil. Bu, dövlət səviyyəsində verilmiş sözün pozulması, institusional məsuliyyətsizlik və Azərbaycana qarşı açıq siyasi hörmətsizliyin bariz nümunəsidir.

Bu qərar təkcə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin imzası ilə bağlanan bir dosye deyil. Bu eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sözün üstündən xətt çəkməsidir.

Prezident Vladimir Putin Düşənbədə Prezident İlham Əliyevlə görüşü zamanı Qroznı üzərində baş verən insidentin obyektiv, şəffaf və ədalətli şəkildə araşdırılacağına dair şəxsi zəmanət vermişdi. Bu, diplomatik protokol baxımından, sadəcə ifadə deyil, iki dövlət başçısı arasında siyasi öhdəlikdir. Lakin nəticə ortadadır. İstintaq şəffaf aparılmadı, Azərbaycan ictimaiyyətinə və rəsmi qurumlara dolğun məlumat verilmədi, məsul şəxslər müəyyən edilmədi, sonda isə cinayət işi tamamilə bağlandı. Bu, artıq texniki gecikmə deyil. Bu, verilən sözə xəyanətdir.

Bu mərhələdə Rusiya Prezidenti Putinin susması təsadüfi sayıla bilməz. Rusiya prezidentinin nə istintaqın dayandırılmasına reaksiya verməməsi, nə Bastrıkinin qərarına münasibət bildirməməsi, nə də Azərbaycan tərəfinin narahatlıqlarına cavab verməməsi bir şeyi göstərir: bu qərar Kremlin siyasi iradəsindən kənarda deyil. Beləliklə, məsuliyyət təkcə Bastrıkinin deyil.

Aleksandr Bastrıkin bu prosesdə icraçı fiqurdur. Onun rəhbərlik etdiyi Rusiya İstintaq Komitəsi artıq uzun illərdir ki, hüquqi obyektivlikdən çox Kremlin həssas məsələlərdə müdafiə mexanizmi rolunu oynayır. AZAL təyyarəsi ilə bağlı cinayət işinin bağlanması göstərdi ki, Kreml üçün hərbi strukturlar toxunulmaz, mülki itkilər isə "texniki detal" sayılır. Buna görə də Azərbaycan tərəfinin hüquqi tələbləri nəzərə alınmır. Bastrıkin bu qərarla bir daha sübut etdi ki, onun üçün istintaqın məqsədi həqiqəti tapmaq yox, həqiqəti özləri üçün təhlükəsiz zonaya çıxarmaqdır.

Azərbaycanla bağlı məsələlərdə Rusiya istintaq sisteminin yanaşması artıq istisna yox, qaydaya çevrilib. Mülki Azərbaycan təyyarəsinin vurulması kimi ağır hadisədə belə beynəlxalq hüquq işləmədi, dövlətlərarası etimad nəzərə alınmadı. Bu, artıq sadəcə, qərəz deyil. Bu, siyasi məsuliyyətsizlikdir. Bu hadisə Rusiyanın ənənəvi siyasi davranış modelinin eynisidir. Əvvəl inkar, sonra qeyri-müəyyənlik, ardınca siyasi müdafiə, sonda isə faktın yox sayılması. Bu ssenarinin arxasında yenə eyni adlar, eyni yanaşma və eyni susqunluq dayanır.

Bir daha açıq aşkar qeyd edək ki, Qroznı üzərində vurulan AZAL təyyarəsi ilə bağlı cinayət işinin bağlanması Bastrıkinin hüquqi məsuliyyətdən qaçışıdır, Putinin verdiyi sözün yerinə yetirilməməsidir. Azərbaycan üçün isə təhlükəli presedent, beynəlxalq hüquqa açıq hörmətsizlikdir. Bəli, cinayət işi kağız üzərində bağlana bilər. Amma verilmiş sözün pozulması tarixdə qalır və bu dəfə məsuliyyət təkcə A.Bastrıkinin deyil, V.Putinin də üzərindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Yanvar 2026 00:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see177

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see169

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see148

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see139

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see132

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see130

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri