Icma.az
close
up
RU
Vernidub “ağ qaralar”ı xilas edə biləcəkmi? işlədiyi heç bir klub “Neftçi”dən böyük deyil!

Vernidub “ağ qaralar”ı xilas edə biləcəkmi? işlədiyi heç bir klub “Neftçi”dən böyük deyil!

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Neftçi” artıq Samir Abasovun yerinə mütəxəssis tapıb. Yuri Vernidubun baş məşqçi postuna təyinatı artıq açıqlanıb.

Yeri gəlmişkən, ukraynalı mütəxəsis “Sabah” – “Neftçi” oyununu izləyənlər arasındaydı. Gələn ay 60 yaşını tamamlayacaq Vernidub “Neftçi”ni hədəflərinə çatdıra biləcəkmi?
Əvvəlcə bir məqamla bağlı ortaq məxrəcə gələk: Vernidubun indiyə qədər çalışdırdığı heç bir klub nə hədəf, nə də ad baxımdan “Neftçi”dən böyük olub. İstər “Krivbass”, istər Soliqorsk “Şaxtyor”u olsun, istərsə də “Zarya” və ya “Şerif”. Bəli, hətta “Şerif” də. Tiraspol təmsilçisinin nə azarkeşi “Neftçi”dəki qədər tələbkardı, nə klub olaraq daha böyük tarixə malikdi. Düzdü, komanda Çempionlar Liqasında iştirak edib, hətta bunu Vernidubla bacarıb. Amma bir uğur klubun şanlı tarixə malik olması anlamına gəlmir. Vernidubun xarakterini görəndən sonra biləcəyik.
Onu da unutmayaq ki, “Şerif” Moldovada yaşayan rusyönlü separatçıların layihəsi idi, qeyri-qanuni yolla qazanılan pul üzərində qurulmuşdu, uğurları haramdan yoğrulmuşdu. Çox maraqlı nonsensdi: vaxtilə rusyönümlü qüvvələrin yaratdığı “Şerif”in uğurları üçün çalışan Vernidub Bakıya gələnə qədər də bir müddət cəbhədə Rusiya ordusuna qarşı döyüşüb!
Xatırladaq ki, Vernidub “Neftçi”ni gələn üçüncü ukraynalı məşqçi olacaq. Anatoli Demyanenko və Roman Qriqorçuk kimi ukraynalılar “Neftçi”də çalışıb. Demyanenkunun vaxtında “ağ-qaralar” adına layiq mübarizə aparıb, nəticələr qazanmağa çalışıb. Qriqorçuk isə Azərbaycanda, daha doğrusu, “Qəbələ”də böyük izlər qoysa da, “Neftçi” karyerası tam bir fiasko idi.
Düzdü, Vernidub heç vaxt ÇL-in qrupunu görməyən komandanı bu turnirə çıxarıb. Qitənin ən mötəbər klub turnirinə. Amma bu uğurlar davamlı olmayıb. Üstəlik Moldovanın futbol baxımından Azərbaycandan irəlidə olduğunu demək də gülüncdü. Bizim “Qarabağ” dəfələrlə elə həmin “Şerif”i cəzalandırıb. Yeni-yeni Avropada “iməkləyən” “Zirə” isə bu komandanı səfərdə məğlub edib, penalti seriyasında mübarizədən kənar qalıb.
Vernidub da 4-2-3-1 taktiki sxemi ilə oynayır. Bu yaxşı oldu ki, artıq komanda belə formalaşıb. Əlindəki heyət mükəmməl olmasa da, qənaətbəxşdi. Ən azı rotasiya üçün imkanları var. Müdafiə nə qədər zəif görünürsə, irəli xətt də o qədər güclüdü. Üstəlik Vernidub “Neftçi”ni cəmi iki oyuna çıxaracaq. Daha sonra qış fasiləsi gəlir. Həmin vaxt ukraynalı mütəxəssisin heyətdəki çatışmazlıqları görmək imkanı olacaq. Bəlkə hətta rəhbərlikdən bir-iki transfer də istəyə.
Nə yalan deyim, Vernidubla “Neftçi”nin böyük uğurlara çata biləcəyi inandırıcı deyil. Xüsusən də bu mövsüm. Bojoviç edə bilmədi, Qriqorçuk edə bilmədi, Vernidub edəcək? Samir Abasovun birinci dönəmi daxil olmaqla, Roberto Bordindən bəri “Neftçi”yə adına layiq futbol oynada bilən məşqçi gəlməyib. Komandanı psixoloji cəhətdən qələbəyə kökləyə bilmirlər. Oyun başlayanda Emin Mahmudovun üzünə baxırsan, sanki artıq “Neftçi” hesabda geridədi. Belə kapitanla, belə futbolçular – Elvin Bədəlov, Mustafa Sek ilə nə etmək olar?
Samir Abasovun bəh-bəhlə yığdığı heyətə açıq gözlə baxırsan ki, elə də yaxşı deyil. Start heyətlərini müqayisə etsək, “Neftçi” “Turan Tovuz”dan da geri qalır, “Sabah”dan da, “Zirə”dən də.
Artıq kubok da yoxdu. “Neftçi”nin bəhanələrinin biri azalıb. Bəlkə Vernidub yazda elə nəticə göstərəcək ki, heç bəhanəyə ehtiyac olmayacaq. Yaxşı oyun, yaxşı nəticə və rəhbərliyin istədiyi sonluq...
Yeri gəlmişkən, Ukrayna mənbələri Vernidubun “Neftçi”nin baş məşqçi vəzifəsində nə qəzər qazanacağı ilə bağlı xəbərlər yaymaqdadı. Bu ölkədən olan insayder İqor Burbasa inansaq, onun aylıq qazancı 50 min dollar (85 min manat) olacaq. 6 aylıq müqavilə Vernidubun istəyi olub, ancaq “Neftçi” rəhbərliyi israr edincə tərəflər ilyarımlıq müqavilənin şərtlərini razılaşdırıb.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Dekabr 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri