Icma.az
close
up
RU
Vernidub: “Dediklərimə əməl etməyən oyunçular daha az oynayacaq”

Vernidub: “Dediklərimə əməl etməyən oyunçular daha az oynayacaq”

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının XVI turunun "Karvan-Yevlax" - "Neftçi" matçından (1:2) sonra qonaqların baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– İkinci hissədə daha aktiv olan “Neftçi” nə üçün birinci hissədə bu oyunu oynaya bilmədi?
– İki fərqli hissə oldu. Birinci hissədə oyunçular gözlənilən sürəti, intensivliyi göstərə bilmədilər. Rəqib də ciddi epizodlar yarada bilməmişdi. Onlara penalti şansı verdik. İkinci hissədə tamamilə başqa cür oldu. Oyunçulara bildirdim ki, sürəti artırmasaq, heç nə alınmayacaq. Fasilədən sonra ilk dəqiqələrdən rəqib oyunun vaxtını aparırdı. Buna görə də irəli atıldıq ki, oyunun taleyini müəyyən edək. İkidən daha çox qol vura bilərdik. İmkanlarımız oldu, lakin dəyərləndirə bilmədik. 100 faizlik epizodlarımız var idi. Faraj, Sambu çox fürsət qaçırdı.

– İlk səfəriniz bölgəyə oldu. Burdakı ab-hava haqda fikirləriniz nədir? Süni örtüklü meydança haqda nə düşünürsünüz?
– Ukraynada sintetik meydançada oynamağa icazə verilmir, amma burda normaldır. Hər iki komanda üçün şərait eyni idi. Düzdür, daha çox təbii örtüklü meydançada məşqlər keçirik. Daha tez gəlib, hazırlaşa bilərdik, amma istəmədim. Çünki məşq zamanı zədə ehtimalı var idi.

– Komandaların formaları bir-birinə çox bənzəyirdi. Sizcə, qeyri-dəqiq ötürmələrə səbəb bu idi?
– Mənə də elə gəlirdi ki, formalar oxşardır. Bizdə ağ, rəqibdə ağ-qara idi. Bəlkə də, müəyyən məqamlarda oxşarlıqlar olurdu. Daha dəqiq oyunçulardan soruşmaq lazımdır.

– Abubakar gəlişinizdən sonra daha az şans qazanır. Ona ismarıc verirsiniz ki, sisteminizə uyğun deyil? 
– Abubakar dünya futbolunun ulduzudur. Ona ismarıcım yoxdur. Komandaya mövsümün ortasında qoşulub. Durumu haqda nəsə demək çətindir. Daha çox məşqlərdən sonra dəqiq nəsə demək olar.

– Ötən mətbuat konfransında demişdiniz ki, komandada iki problem var – fiziki durum və oyun intizamı. Hansını düzəltmək daha asandır?
– “Sumqayıt”la oyundan 5 gün keçib. Bu müddətdə fiziki durumu düzəltmək demək olar, mümkün deyil. Ona görə futbolçulara daha az yüklənmə verdik. Oyun intizamını düzəltmək üzrəyik. Dediklərimə əməl etməyən oyunçular daha az oynayacaq. Futbolçulara hörmət edirəm və onlardan bunun qarşılığını gözləyirəm.

– Ştoqrinin komandada qalmaq ehtimalı var?
– Toplanışlarımız olacaq. Vəziyyətə baxacağıq. Ştoqrini Ukraynadan tanıyıram. Qalmasını çox istərdim. Çox yaxşı fiziki formadadır. O, nəinki 90, 120 dəqiqə oynamağa hazırdır. Kapitan Emin Mahmudov da artırıb və komandanı arxasıyca aparır. Çünki kapitan lider olmalıdır. O, mənim birinci köməkçimdir.

Azərbaycanlı hakimlər üçün VAR təlim-tədris proqramı keçirilir AFFA klub rəsmiləri ilə görüş keçirib Hansı oyun, hansı kanalda? - TV AFİŞA "Hansısa mühəndisdən Qurban Qurbanova tay olmaz" “Neftçi” “Karvan-Yevlax”la matçın hazırlıqlarını başa vurub
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://apasport.az
archiveBu xəbər 20 Dekabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see243

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see240

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see234

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see201

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see197

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see188

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see175

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see172

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see172

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see172

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see169

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see167

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see161

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see160

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see159

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see156

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see156

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see156

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri